Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D museum exposition Virtual tour Encyclopedic Dictionary of Theatre Siteography Epistolary heritage  

Teatr təhsili   Mühazirə mətnləri




Komediya tarixi: drama və melodrama

K o m e d i y a. Komediyanın elementlərinə imcəsənətin demək olar ki, bütün növlərində rast gəlmək olar. Lakin, o. özünün tam ifadəsini xüsusi janr olan komediyada tapır.

Gülüş doğuran bütün çoxcəhətli həyat faktlarında bir ümumilik tapmaq olar. Bu ümumilik – ziddiyyətdir, forma ilə məzmun arasında yaranmış qeyri-uyğunsuzluqdur.

Komiklik ilə gülüş arasında fərq vardır. Gülüş komikliyə nisbətən daha genişdir. Demək olar ki, hər bir komiklik gülüşdür, lakin hər bir gülüş isə komiklik demək deyildir.

Y.Borevin qeyd etdiyi kimi komiklik – ictimai, sosial əhəmiyyətli gülüşdür.

Gülüş hər bir yerdə elementar xarakter daşıyır. Özünün dərki üçün xüsusi bədii işləmə, obrazlı ifadə tələb etmir. Komizm isə başqadır. Komizmi aşkar etmək üçün həyatın ziddiyyətlərinə, həyatın komizminə xüsusi hissiyyatla yanaşmaq lazımdır, onun obrazlı dərkinə və ifadəsinə qalib olmaq lazımdır

Komediyanın lətifənin predmeti ola biləcək elementar gülüş ilə işi yoxdur. Komediyanın əsl işi komiklik ilədir. N.V.Qoqol qeyd edəndə ki, komediya əyri burun deyil, əyri qəlb tələb edir. Məhz bu fikri ifadə etmək istəmişdir

Aristotel qeyd edirdi ki, komediya alçaq, pis adamların təsviridir.

Komik məzmun yalnız komedik xarakterlə deyil, həm də komedik xaarkterlərlə,komedik situasiyalarla bağlıdır ki, bunlardan kənarda həmin xarakter nə təzahür edər , nə də açılar.

Komizmin daha tam şəkildə ifadə olunması vəzifəsinə şişirdilmə xidmət edir. Komediyada geniş yayılmış bu priyom bədii ümumiləşdirmədir.Şişirdilmənin məqsədi – hadisənin əsl təbiətini aşkara çıxarmaq, onun mahiyyətini açmaqdır.

Komediya gülüşdən ayrılmazdır. Komediyada gülüş təsvir olunan hadisələrin açılması üçün həlledici formadır, təsvir olunan hadisələrə, müəllif münasibətini ifadə edən aparıcı formadır.

Komediyadan, gülüşdən əsas estetik silah kimi istifadə olunması onun ictimai əhəmiyyətini heç də azaltmır, belə ki gülüş özü özlüyündə çox qüvvətli təsirli ictimai silahdır.

Gülüş təkcə köhnə ilə mübarizədə təsirli vasitə deyil, həm də obyektiv qanunlarının onlarla insanln qüvvəsini və azadlığının göstəricisidir

Başqa janrlar kimi komediya da özünün inkişafında dərin dəyişikliklərə məruz qalmışdır. Kapitalizm dövründə komediyada tənqidi başlanğıc qüvvətlənir.

Səhnə praktikasında komediyanın aşağıdakı növləri təsdiq olunmuşdur: satirik , məişət, qəhrəmanlıq , lirik komediyalar, vodevil, fars.

Bu bölgülər nisbidir və şərtidir. Lakin bununla belə komediyanın bütün bu növlərinin yaranması və yaşaması üçün kifayər qədər obyektiv əsaslar vardır. Komediya janrının böyük yaradlcıları estetik dəyərlərin dəqiqliyi ilə fərqlənirdilər. Onlar hadisələri təsvir edərkən heç zaman qəzəbli ələsalıcı, öldürücü, sarkastik gülüşdən istifadə etmirdilər. Həm də amansız mühakimə tələb olunan hadisələrin təsvirində də yüngül yumora və ya gülümsəməyə müraciət etmirdilər.

Komediya növləri araslnda satira xüsusi yer tutur.

Satirik komediyanın mərkəzində həyatın mənfi hadisələri və tərəfləri durur ki. müəllifin ifşa hədəfi də bunlarda cəmləşir.

Lakin ifşa pafosu aydın şəkildə hiss edilən hər bir dramatik əsəri satirik komediya adlandırmaq olmaz.

Satirada ifşa əsas etibarilə gülüşlə həyata keçirilir. Burada gülünç,qəzəb hissindən ayrılmazdır.

T a r i x i d r a m a. Tarixi drama ilk dəfə Qərbi avropa ədəbiyyatında meydana çıxdığı qeyd olunur. Servantesin "Numansiya" (1582) əsəri ilə Avropa dramaturgiyasında tarixi faciə janrının təməli qoyulur.Vətənpərvərlik ideyası ilə aşılanmış bu faciədə təsvir olunan tarixi hadisə ispan xalqının Roma işğalçılarına qarşı mübarizəsindən ibarətdir. Lakin çox maraqlıdır ki, Servantesdən sonra uzun müddət bu janra müraciət edən olmamışdır. Lope de Veqa, Tirso de Malina, Gilyen de Kastro, Pedro Kalderon və başqaları dramaturji janrlarda əsər yazdıqları halda, tarixi drama janrına əhəmiyyət verməmişlər.

Tarixi dram janrının klassik nümunəsini V.Şekspir vermişdir. Əlbəttə, Şekspirin tarixi dram yaradıcılığında bu sahədə özünə qədərki ənənələrində rolu böyükdür Belə ki, Şekspirin bu janra müraciətini şərtləndirən konkret ictimai mühitlə bərabər, müəyyən bir ədəbi məktəb və ənənə də olmuşdur. Bu mənada ingilis dramaturgiyası Şekspirə qədər bir çox simalar tanıyır. Bunlar Con Beyl, Tomas Kid, Kristofor Marlo, Con Heyvud və başqalarıdır.

İngilis dramaturgiya və teatrının yaranma və inkişafında mühüm rol oynamış bu şəxslər Şekspirin yetişməsi üçün də tarixi zəmin hazırlamışlar.

Marlonun tarixi mövzuda əsər yazmağı təsadüfi bir hadisə olmayıb, onun təbliğ etmək istədiyi ideya və baxışlardan irəli gəlir. Marlo öz humanist və materialist görüşlərini açıq şəkildə verməkdən çəkindiyinə görə tarixi mövzuya müraciət etmiş və "Böyük Tamerlan" adlı tarixi drama yazmışdır. Dramaturq XIY əsr Şərq fatehi Teymuru öz əsərində qüvvətli bir şəxsiyyət kimi vermiş və onu idealizə etmişdir. Dramda göstərilir ki, Tamerlan Şərq feodal mütləqiyyətinin hakim olduğu İranı, Türkiyəni, Misiri, Suriyanı özünə tabe edir. Hətta Türkiyə sultanı İldırım Bəyazidi dəmir qəfəsə saldırıb özü iıə gəzdirir.

Şillerin özü də tarixi süjetlər əsasında bir neçə dram əsəri yazmışdır. Dramaturq "Qaçaqlar" əsərinin süjetini Şubarlinin iki qardaş haqqında yazmış olduğu hekayədən almışdır. Şiller meşşan əhval-ruhiyyəsini əks edən hekayə süjetinə dərin ictimai və zamanın ruhuna uyğun müasir məna vermiş, onu klassik bir dram səviyyəsinə yüksəltmişdir. Şiller "Qaçaqlar"da tarixi mövzuya öz dövrünün mühüm ictimai-siyasi tələblərə nöqteyi- nəzərindən baxmış, tiranlıq əleyhinə yazdığı bu əsərində yaşadığı Almaniyada hökm sürən irticanın və qanunsuzluğun real mənzərəsini təsvur etmişdir.

Tarixi dram probleminin dünya ədəbiyyatında mövqeyindən danışarkən ingilis dramaturqu B. Şounu da xatırlamaq lazımdır. B. Şounun "Sezar və Kleopatra" adlı tarixi əsərində tarixi faktlar bir kənara atılmış,fateh və amansız Sezar humanist, demonik bir qüvvəyə malik bir sərkərdə idi. Kleopatra isə 16 yaşlı ərköyün, şıltaq bir qız kimi təsvir edilmişdir. B.Şou "İnsan və fövqəladə insan" adlı pyesində də ictimai və fəlsəfi problemləri tarixən düzgün həll edə bilməmişdir.

Beləliklə, Qərbi Avropa ədəbiyyatında tarixi mövzuda yazılmış dram əsərlərinin əksəriyyətində kral və sərkərdələrin, cəngavər və hersoqların, ümumiyyətlə adlı-sanlı adamların həyat və fəaliyyətinin təsvur edildiyini görürük. Bu ənənə Qərbi Avropa dramaturji fikrində klassizm estetik prinsiplərinin hegemonluğu zamanı xüsusilə səciyyəvi bir hal almışdır. Çox nadir hallarda aşağı sinif nümayəndələrinin həyatından, onların istismar əleyhinə çıxmalarından bəhs olunurdu.

Azərbaycanda tarixi dram janrının əsasən XIX əsrin 90-cı illərində Nəriman Nərimanovun "Nadir şah" pyesi ilə qoyulmuşdur.XX əsrin ilk onilliyində isə digər bir görkəmli dramaturqumuz Əbdürrəhimbəy Haqverdiyev "Ağa Məhəmməd şah Qacar" tarixi dramını yazır. XX əsrin ikinci onilliyində gənc Cəfər Cabbarlı da tarixi dram janrına müraciət edərək "Nəsrəddin şah" dramını yazır, İki əvvəlkilərdən fərqli olaraq bu əsər yazıldığı dövrdə tamaşaya qoyulmamışdır. "Nəsrəddin şah" daha çox tarixi xronika janrındadır.Çünki müəllif bu əsərində tarixi faktlardan olduğu kimi yaraqlanmışdır.

Bunlardan başqa Azərbaycan ədəbiyyatında XX əsrin ilk iki onilliyində İslam tarixi ilə bağlı əsərlər də yazılmışdır ki, bunlardan Mirzə Məhəmməd Axundzadənin "Səd Vəqqas", Axund Ziya Talıbzadənin, Mehdibəy Hacınskinin "Yezid ibn Müaviyyə" əsərlərini də göstərmək olar.Bu əsərlər dini mövzuda olmayıb, əsas etibarilə İslam tarixini özündə əks etdirir.

Tarixi dram janrının əsas xüsusiyyəti ondan ibarətdir ki, burada tarixdə baş vermiş hadisələr öz əksini tapmaqla həmin hadisələrdə aparıcı qüvvə olmuş tarixi şəxsiyyət əsərin baş qəhrəmanı olur. Əgər mövzusu tarixdən alınmış bir əsərin qəhrəmanı tarixi şəxsiyyət deyilsə, həmin əsəri, mövzusu tarixdən alınmış əsər kimi qiymətləndirə bilərik .Məsələn. Cəfər Cabbarlının "1905-ci ildə pyesini buna misal gətirmək olar.

M e l o d r a m a. Melodram yunan sözü olub iki tərkibdən ibarətdir. Melo – mahnı, drama isə hərəkət, səhnə əsəri deməkdir. Demək melodrama mahnılı drama, nəğməli drama deməkdir Melodrama termini müxtəlif dövrlərdə, müxtəlif anlamlarda işlənmişdir. 1. XYII – XYIII əsrlərdə, İtaliyada hazırki dövrdə də opera janrının sinonimi kimi işlənilir. 2.XYIII əsrin ortalarından isə musiqili-dramatik əsər mənasındadır ki, bu əsərlərdə iştirakçıların monoloq və dialoqları musiqi ilə müşaiyət olunurdu. Məsələn, Jan Jak Russonun "Piqmalion" əsərindəki lirik səhnə, Y.Fominanın "Orfey" və s. 3. XYIII əsrin sonlarından isə melodrama ədəbi dramatik janrlardan biri kimi işlənilir.

Ədəbi dram janrlardan biri olan melodrama dinamik və maraqlı intriqası ilə, ehtirasların patetik və mübaliğəli təsviri iıə və aydın şəkildə ifadə edilmiş mənəvi-didaktik istiqamətləri ilə fərqlənir. Bu XYIII əsrin sonları - XIX əsrin ortalarına aiddir. 1789-cu ildə fransız inqilabından əvvəlki illərdə melodrama Paris bulvar səhnələrində hakim rolunu oynayırdı. Bu janr sanki maarifçilik dövrünün ədəbi nəaliyyətlərunin alçadılmış variantı olub, ən "aşağı səviyyəli, plebey" tamaşaçılar üçün nəzərdə tutulurdu.

Melodramanın məzmununun xüsusiyyətləri, onun qüvvəli və zəif cəhətləri burjua inqilabının "sosial sifarişi" xüsusiyyətləri ilə müəyyənləşirdi. Melodramanın əksəriyyəti antifeodal və antiklerikal (dinin və ruhanilərin nüfuzuna qarşı-R.S.) istiqamətə malik olur.

Melodramaların əksəriyyətinin mənəvi idealı "kontor" qəhrəmanlığı və burjua ailəsinin səxavətliyi, xeyirxahlığı ilə məhdudlaşır. Bununla belə, melodrama özünün aydın sosial istiqaməti və xoşbəxt sonluğu ilə tamaşaçı kütləsinin "hisslərinin tərbiyəsinə xidmət edərək, onda, yəni tamaşaçıda ictimai fəallığı və öz qüvvəsinə inamını" artırırdı.

Melodramanın ədəbi şəcərəsi meşşan dramın və qotik roman janrlarına gedib çıxır. Melodrama daima romantik və romantikdən əvvəlki drama ilə qarşılıqlı təsirdədir Məsələn, "Rober, quldurların atamanıdır" melodramındakı Lamartelyer, F.Şillerin "Qaçaqlar"ını xatırladır. Digər tərəfdən isə melodramanın təsir izlərini V.Hüqonun "Mariya Tüdor" və "Ryui-Blaz" dramlarında da tapmaq olar.

Melodramanın özünəməxsus intibahı XIX əsrin 20-40-cı illərinə təsadüf edir. Bu dövrdə inqilabi sarsıntılar üstünlük təşkil edirdi. Gərgin mənəvi və sosial konfliktlər, qəhrəmanların şiddətli və coşğun ehtirasların həyəcanlanmış kütlələrin psixologiyasını əks etdirirdi. Bu dövrün fransız melodramı V.Dyukanjın "Otuz il və ya oyunçunun həyatı", V.Pianın "İki çilingər", "Paris cındırbazları" və s. əsərlərdə təqdim olunmuşdur. Bu dövrdə janrın ziddiyyətli mahiyyəti aşkara çıxır.

1918-ci ildən sonra melodrama getdikcə "melodramatik yalanın təcəssümünə çevrilir. çevrilir.

Melodramati situasiya və kolliziyalara bəzi Qərb dramaturqlarının əsərlərində də rast gəlmək olar.

Melodramanın inkişafının digər qanunuyğunluqlarına rus ədəbiyyatının XIX əsrin 20-40-cı illərində müşahidə olunur. Derjavin özünün "Aleksandr dövrünün səhnəsi" əsərində yazırdı ki, "Nikolay dövrünün özünəməxsus rus ictimai şəraitlərində melodrama ilk tamaşaçını, ilk növbədə özünün situasiyalarını qeyri-reallıığı ilə, özünün psixoloji və emosional konfliktləri ilə çaşdırırdı

Sovet hakimiyyəti illərində melodramaya maraq yenidən oyanır. 1919-1922-ci illərdə M.Qorki və A.V.Lunaçarski romantik dramanı qızğınlıqla müdafiə edirdilər Onlar bəzən melodramanı onun tarixən yaranmış janr sərhədlərindən daha geniş şəkildə izah edirdilər. Mahiyyətcə melodramanı romantik üslublu sosial dramaya bərabər tuturdular. Bu illərdə Lunaçarskinin özü tərəfindən "Ayı toyu", "Kansler və çilingər", "Zəhər" kimi bir neçə melodrama yazılmışdır.