Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D museum exposition Virtual tour Encyclopedic Dictionary of Theatre Siteography Epistolary heritage  

Teatr təhsili   Mühazirə mətnləri




Dramın prosesi. Dramın ümumi müəyyənliyi

Plan

1. Dramatik dialoqun təsirli təbiəti

2.Hərəkətin vahidliyi

3. Dramatik düyün

Drama bədii ədəbiyyatın növlərindən biri olub hərəkəti, daha dəqiq desək, konfliktləri əks etdirir. Lirik şairdən fərqli olaraq dram əsərinin müəllifi öz hisslərini pyesdəki iştirakçıların vasitəsilə verir. Məişətin və təbiətin mənzərələrinin geniş təsvir ilə yanaşı sosial-psixoloji konfliktləri əks etdirən romandan fərqli olaraq dram konfliktləri öz personajlarının dialoqları şəklində və remarkalarda inkişaf etdirir.

Drama iştirakçıların dialoq şəklində və müəlliflərin remarkalarında konfliktlərin əks etdirilməsi deməkdir.

1.Dramatik dialoqun təsirli təbiəti. Aristoteldən başlamış bu günkü nəzəriyyəçilərə kimi hamı tərəfindən qəbul olunmuşdur ki, dramatik əsər hərəkət prosesin əksidir. Dramatik əsərin əsas elementi əks etdirilən hərəkətdir.

Doğrudur. Bəzi alman filosofları dramatik əsərə sırf söz təhlili kimi baxmağa cəhd etmişlər. Beləki, Folkelt digər ədəbi əsərlərdə olduğu kimi, dramatik əsərdə də müəllifin söz vasitəsilə özünün təzahürünü görür. Lakin Folkelt bu mülahizədən heç bir nəticə çıxarmır və dramaya, faciəyə təsirli proses kimi baxır.

Dramatik dialoqun daha dərin izahını biz Yulius Babanın "Səhnənin yeni tənqidi" əsərində tapırıq. Bab eləcə sözü dramatik əsərin bədii materialı kimi qəbul edir. Dramaturq, lirik şairdən fərqli olaraq təsirli münasibətdə olan insanların dialoqunda özünü ifadə edir. Həmin insanar hərəkət edirlər, öz aralarında mübarizə aparırlar. Dramatik dialoq həmişə "iki hərəkət arasında körpüdür". O bir hərəkətin (əməlin) nəticəsi olub, digərini doğuran səbəbdir. Öz aralarında "praktiki" münasibətdə olan adamların sözləri "nəzəri" və "estetik" deyil, xüsusi sözlərdir. Bu sözlər müəyyən məqsədə yönəldilmişdir, necə deyərlər məqsədə yönlüdür. Beləliklə , söz qətiyyətlə hərəkətə qarşı, yəni hərəkət-əmələ, fiziki hərəkətə qarşı qoyulur.

Lakin heyvandan fərqli olaraq insan yalnız fiziki cəhətcə deyil, bədənin hərəkəti ilə deyil, həm də söz vasitəsilə təsir edir. Zabit əsgərə hər hansı bir komanda verdikdə o, hərəkət edir. Əgər birisi digərini bir şeyə məcbur edirsə, o, hərəkət edir. İnsanların mübarizə apardıqları dramatik əsərdə söz hərəkət mənasını verir.

Dramatik əsərdə sözə fikir kimi, duyğu kimi, obraz kimi, səslərin ahəngi kimi, ritm kimi baxmaq lazımdır. Lakin dramatik əsərdəki söz hər şeydən əvvəl digər hərəkətlərin sırasında hərəkəti ifadə edən bir vasitə kimi təhlil edilir.

Biz əgər dialoqu duyğuların ardıcılı kimi və yaxud fikirlərin mübadiləsi kimi qəbul etsək, o zaman dramatik əsəri dərk edə bilmərik. Bu azdır; replikaların təsirli vəzifəsini müəyyənləşdirməklə biz dialoqlarda ifadə edilmiş duyğu və fikirlərin əsil məzmununu anlayırıq. Çünki dialoq hərəkətin imkişafı deməkdir.

Beləliklə, dramatik əsərin əsas elementi (bədii materialı) poetikcəsinə verilmiş hərəkətdir: bəzən hərəkət-əməldir, bəzən də hərəkət-sözdür..

Hər bir replika hər şeydən əvvəl hərəkətin təsiri deməkdir.O, yəni replika şüurlu və yaxud qeyri-şüurlu məqsədəyönlüklə verilmişdir. Buna görə də replikanı səhnədə oynamaq olar: aktyor müəyyən bir vəzifəni həyata keçirərək oynayır və ancaq söz – hərəkətlər səhnədir, bütün başqa sözlər isə məruzədir və ya deklomasiyadır. K.S.Stanislavski özünün "Mənin həyatım sənətdə" adlı kitabında göstərmişdir ki, o, uşaq olarkən ilk dəfə səhnəyə çıxarkən ona müəyyən göstərişlər, tapşırıqlar verildiyindən bilmirdi ki, əli ilə necə hərəkət etsin.

Dialoqun təsirli təbiəti üzündən drama eyni zamanda həm ədəbi əsərdir və həm də səhnə materialıdır.

Liturgik deklomasiya momentləri dramitik sənətin başlanğıcı üçün, Esxil üçün xarakterikdir. Artıq Sofoklda drama özünün təsirli dinamikasını göstərir.

Əsasən deklomasiya dramatik sənət tarixinin ilk inlişaf mərhələsi üçün xasdır.

Bəzi müasir tamaşalarda deklomasiya momentlərinin və qiraətçinin çıxışı müəllifin təcrübəsizliyini göstərir. Məsələn, Vişnevski ilk pyeslərindən olan "Birinci süvari"də olduğu kimi qiraətçi qədim yunan xorun uyğun olan vəzifəsini həyata keçirirdi; lakin inkişaf edən hərəkətə didaktik və patetik şərhlər, açıqlamalar fövqəladə dərəcədə əsərin bədii təsirini azaldır..

Moskva Bədaye Teatrında tamaşaya qoyulmuş L.N.Tolstoyun "Dirilmə" əsərinin səhnələşdirilmiş variantında dramatik momentlər Kaçalovun qiraəti ilə əvəz olunurdu, müşaiyət edilirdi. Bu konsert-tamaşa idi.

Tamaşa dramatik əsərə görə daha genişdir: onda tamaşaçıya müraciət momentləri, musiqi momentləri və s. ola bilər, lakin dram mahiyyət etibarilə bilavasitə hərəkətin təsviridir.

Remarkalar və dialoqlar məzmunlarına görə eynicinsli materialdır.

2. Hərəkətin vahidliyi. Bədii ədəbiyyatın bütövlüyü, vahidliyi, ideya fikrinin bütövlüyü estetikanın əsas tələbidir.

Müəllifin ideyası tam şəkildə dinamik obrazın bütövlüyündə təcəsüm olunur; lakin dramarik əsəri təşkil edən dinamik xəttləri birləşdirən mürəkkəb kompleksdə əsas tematik xətt seçilir

Bu istiqamət (cəhd) müxtəlif məqsədlərə yönələ bilər: o digər personajların toqquşmasına gətirib çıxara bilər: mübarizənin mərkəzi xətti əmələ gəlir.

Dramdakı baş verən hadisələrin başında duran personajı birləşdirən ayrı-ayrı səhnələr vahid hərəkət prosesin , vahid hərəkətin zənciridir, bağıdır.

Dramın mürəkkəb dinamikasında hər şeydən əvvəl vahid hərəkəti, dramatik mübarizənin mərkəzi xəttini ayırmaq lazımdır. Digər tərəfdən hər bir rol müəyyən məqsədə xidmət edir. Dramın vahid hərəkəti – onun əsas xətti haqqında da danışmaq olduğu kimi, vahid hərəkətdə ayrı-ayrı rollar haqqında da danışmaq olar..

Aristotelin fikrincə vahid hərəkət hərəkətin əsas xəttidir. Antik tragediyada biz köməkçi, yardımçı xəttlərin ancaq rüşeymlərini görürük. Şekspirdə, ispan teatrında, Hüqoda, İbsendə, Ostrovskidə geniş şəkildə işlənmiş yardımçı xəttlər vardır.

Vahid hərəkət anlayışının bir neçə müxtəlif mənası vardır. Yardımçı xəttlər əsas konfliktin canına hoparaq, onu alovlandırır, genişləndirir; hərəkətin mərkəzləşməsi baş verir.

Dramaturq sosial əhəmiyyəti və gərgin mübarizəni təsvir edərkən, əsərin əsas qəhrəmanı kimi məqsədli hərəkətə qabil olan şəxsləri seçirlər.

Dramatik əsər hər şeydən əvvəl vahid hərəkətin, vahid cəhdin şəklidir. Bu mülahizə , fikir Aristotel tərəfindən təsdiq olunmuş və K.S.Stanislavski "sistemi"ndə dərinləşmişdir.

Drama səhnə materialıdır, bədii əsərdir. Dramatik əsəri bədii əsər kimi təhlil edərkən və əsərin vahid hərəkətinə bir növ tam müəyyənləşmiş, müəllif tərəfindən artıq həyata keçirilmiş proses kimi baxmaq lazımdır.

Dramatik əsərin tematikası vahid hərəkətlə bağlıdır.

Dramatik əsərin ümumi teması konfliktdir, yəni ziddiyyətləri toqquşduran vahid hərəkətdir. Mövzu müəllif tərəfindən onun ideyasını hərəkətə gətirmək üçün seçilir.

Müəllifin ideya fikri ilə obyektiv surətdə doğan ideyanı bir-birindən ayırmaq lazımdır. Dramın ideyası onun tematikası ilə sıx surətdə bağlıdır: temadan kənar ideya yoxdur.Digər tərəfdən mövzu, təsvir predmeti özü-özlüyündə hələ müəllif ideyası haqqında heç bir söz demir.

Tema yalnız o vaxt bədiiliyə çevrilir ki, o müəyyən ideya – emosional tərənnümü ilə bağlı olsun.

Dramatik əsərdə bir neçə dinamik xətt ola bilər. Onlardan əsas mövzu, digəri isə yardımçıdır.

Dramın əsas mövzusu – vahid hərəkətdir. Vahid hərəkəti onun ayrı-ayrı təzahürləri ilə qarışdırmaq olmaz. Vahid hərəkət bəzən ən prodoksal surətdə təzahür edir.

3.Dramatik düyün. Dramaturq vahid hərəkəti müəyyən şəraitdə inkişaf etdirir. O, dramatik mübarizənin baş verməsi üçün, vahid hərəkətin inkişafı üçün şərait seçir.

Drama yalnız o hallarda baş verir ki, belə hərəkətə qabil olan insan fövqəladə maneələrə və onun arzularını bütövlükdə alovlandıran şəraitlə qarşılaşmış olur. Günah ilə qorxu arasında,ümid ilə tələf olma təhlükəsi arasında tərəddüdlərlə insanın qəlbi kəskin gərginliyə çatır: iradəli cəhd ehtirasa çevrilir.

Qəhrəmanın xarakterinin vahid cəhdinə çevrilən fövqəladə hadisələr və şəraitlər adətən "dramatik düyün" adlanır.

Dramın baş verməsi üçün aşağıdakıların olması zəruridir: 1.vahid hərəkət; 2. dramatik düyün

Dramın düyünü (zavyazkası) , başlanğıcı, əsas konfliktin, mənafelərin ziddiyyətlərində qoyulan mübarizənin başlanğıcıdır.

Əsas mövzunun hələ təzahür etmədiyi ilk səhnələri adətən ekspozisiya adlandırırlar.

"Dramatik düyün" nəyinki vahid hərəkətin baş verməsini qabaqcadan müəyyənləşdirir, müəyyən mənada onu inkişaf da etdirir.