Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D museum exposition Virtual tour Encyclopedic Dictionary of Theatre Siteography Epistolary heritage  

Teatr təhsili   Mühazirə mətnləri




Nicat teatr truppası.

1906-cı ilin əvvəllərində teatrda parçalanma artıq öz işini görmüşdü. "Müsəlman dram artistləri" dəstəsinin əsasında bir neçə yeni teatr dəstələri yarandı ki, bunların hərəsi bir siyasi partiyanın fəaliyyəti dairəsində işini qurmalı idi.

1906-cı ilin noyabr ayından ayrıca fəaliyyətə başlayan "Nicat" teatr truppası noyabrın 6-da H.Z.Tağıyev teatrında Nikolay Qoqolun "Müfəttiş" komediyası ilə öz fəaliyyətini gerçəkləşdirdi. Truppanın təşkilatçılıq işlərini Mehdi bəy Hacinskiyə tapşırmışdılar. Teatr dəstəsinin rejissoru Hüseyin Ərəblinski idi (Ondan əvvəl bu vəzifəni Saracan Valentinova həvalə etmişdilər).

1906-ci ildə truppa "Döymə qapımı, döyərlər qapını" ( Haşım bəy Vəzirov ), "Hacı Qənbər"(Nəcəf bəy Vəzirov) kimi komediyaları hazırladı. Növbəti ildə Hüseyin Ərəblinskinin rejissorlugu ilə "Nadir şah" (Nəriman Nərimanov), "Əl Mənsur" ( Henrix Heyne ), "Qaçaqlar" ( Fridrix Şiller ), "Aga Məhəmməd şah Qacar" ( Əbdürrəhim bəy Haqverdiyev ), "Vətən, yaxud Silistrə" (Namiq Kamal) və digər tamaşalar hazırlandı. Bu tamaşalarda H.Ərəblinski baş rolları ifa edirdı. Digər rollarda Cahangir Zeynalov, Mehdi bəy Hacinski, Sidqi Ruhulla, Əbülfət Vəli, Məhəmməd bəy Əlvəndi, Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə, Mirmahmud Kazımovski və digr aktyorlar iştirak edirdilər.

1908-ci ildə "Nicat" teatr truppası öz repertuarını daha da zənginləşdirərək "Əmir Əbül Üla"və"İbrahim bəy" (Hüseyin Bədrəddin və Məhəmməd Rüfət), "Sultan Osman" ( Fransua Mari Volter ), "Dəmirçi Gavə" ( Şəmsəddin Sami ) kimi tərcümə əsərlərini də tamaşaya hazırladı və bu ugurlu tamaşaları ilə nicatçılar nəinki bütün Qafqazda, həmçinin bütün Şərq dünyasında Azərbaycan teatrının şöhrətini yüksəklərə qaldırdılar.

1908-ci ildə "Nicat" teatr truppasının aktyorlarının iştirakı ilə ilk dəfə Azərbaycanda opera tamaşası hazırlandı. Yanvar ayının 12-də H.Z.Tagıyev Teatrında Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operası göstərildi. Bu tamaşanın quruluşçu rejissoru H.Ərəblinski idi. Tamaşada Məcnun rolunda- Hüseynqulu Sarabski, Leyli rolunda isə- Əbdürrəhman Fərəcov iştirak etmişdir.

"Nicat" teatr truppası fəaliyyət göstərdiyi onbirillik yaradıcılıq həyatında böyük bir ugur qazandı. Bu ugurun qazanılmasında H.Ərəblinskinin, C.Zeynalovun, Ə.Vəlinin, S.Ruhullanın, A.M.Şərifzadənin, H.Sarabskinin, M.Əliyevin və başqalarının əməyini,zəhmətini, bir fədai olaraq bu gərəkli iş üçün çəkdikləri əziyyətlərini əks etdirən neçə-neçə elmi-tədqiqat əsərləri, monoqrafiyalar yazılmış və hələ də yazılmaqdadlr...