Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Музейная экспозиция Виртуальный тур Энциклопедический театральный словарь Сайтография Эпистолярное наследие  

Teatr təhsili   Mühazirə mətnləri




Səfa teatr truppası.

Azərbaycanda yaradılan mədəni-maarif cəmiyyətlərinin fəaliyyəti getdikcə genişlənirdi. 1910-cu ildə Bakıda "Səfa" mədəni-maarif cəmiyyəti yaradıldı. Bu yeni cəmiyyətin də nəzdində 1912-ci ildə eyni adlı teatr truppası yaradıldı. Bu yeni teatr truppasına rəhbərliyi Səməd Mənsur və Mirzəaga Əliyev edirdi.Treatr truppasında baş rejissor vəzifəsi Abas Mirzə Şərifzadəyə tapşırıldı.

1912-ci ildən başlayaraq "Səfa" teatr truppasının tamaşalarında "Nicat" teatr truppasının aktyorları da yaxından iştirak edirdilər. Bu teatr truppasının ilk tamaşası Nəcəf bəy Vəzirovun "Aga Kərim xan Ərdəbili" (J.B.Molyerin "Xəsis" komediyasının təbdili) pyesinin tamaşası oldu. Tamaşaya Cahangir Zeynalov quruluş vermişdi. Əsas rollarda C. Zeynalov- Ağa Kərim xan, Aga Kərim xanın oglu-A.M.Şərifzadə çıxış edirdilər.

1913-cü ildə teatr truppası "Hacı Qara" komediyasını hazırlaylr. Tamaşanın quruluşunu C.Zeynalov vermişdi. Həmin ildə "Hacı Qənbər"(N.Vəzirov), "Zorən təbib"(J.B.Molyer), "Yezid ibn Müəviyyə"(Mehdi bəy Hacınski),"Bəxtsiz cavan", "Pəri cadu"(Ə.Haqverdiyev) və digər pyeslərə quruluşlar verildi. Bu teatrın repertuarında "Leyli və Məcnun", "Əsli və Kərəm", " Şah Abbas və Xurşidbanu", "Rüstəm və Söhrab" kimi operalar, "Ər və arvad", "Məşədi İbad"(O olmasın, bu olsun"), "Arşın mal alan" kimi zamanında maraqla qarşılanan tamaşaları da hazırlanmışdır. Repertuarındakı zənginlik bu teatr truppasının uğurlarını təmin edirdi. Bütün bunlara baxmayaraq 1917-18-ci illərdə Bakida teatr işində xəfif dagınıqlıq hiss edilirdi. Nəhayət 1917-ci ilin əvvəllərində "Səfa" teatr truppası öz fəaliyyətini dayandırdı.