Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Музейная экспозиция Виртуальный тур Энциклопедический театральный словарь Сайтография Эпистолярное наследие  

Teatr təhsili   Mühazirə mətnləri




Tragediya janrının inkişaf mərhələləri

Bildiyimiz kimi tragediya qədim yunan dilində keçi haqqında mahnı deməkdir. Dramatik janrlardan biri olan tragediyanın əsasını xüsusi gərgin, barışmaz konfliktlər təşkil edir ki, onun da sonluğu çox zaman qəhrəmanın məhvi ilə bitir. Tragediyanın qəhrəmanı ona üstünlük təşkil edən maneələr qarşısında dayanır.

Tragediya konfliktlərin və xarakterlərin özünəməxsus təbiəti ilə fərqlənir. Bir qayda olaraq tragediyanın məzmununu ictimai-tarixi inkişafın mütərəqqi tendensiyalarının, insanın mənəvi vəziyyətini əks etdirən konflikt müəyyən edir. Ümumdünya- tarixi əhəmiyyətə malik olan məsələləri həll etməyə girişən coşğun xarakterli tragediyada qəhrəmanın təsviri də buradan doğur. İnsan məişətinin kordinal problemləri qoyulan tragediyanın özünün sırf fəlsəfi xarakteri də buradan irəli gəlir (Esxilin "Zəncirlənmiş Prometey", V.Şekspirin "Hamlet", A.S.Puşkinin "Borus Qodunov", B.Brextin "Qalileyin həyatı" və s. əsərlər). Şəxsi həyatın dar sahələrinə maraq, lokal kolliziyalar tragediyaya yaddır. Hələ Aristotel tragediyanın fəaliyyətini "ciddi" janr kimi müəyyənləşdirərkən təsdiq etmişdir ki, o nəcib xarakterli qəhrəmanlara möhtacdır. V.Q.Belinskinin fikrincə tragediya dramatik poeziyanın yüksək pilləsidir.

Dramın bir növü kimi, tragediya bir neçə inkişaf mərhələsi keçmişdir. O qədim Yunanıstanda yaranmış və mifoloji şərabçılıq və məhsul allahı olan Dionisin şərəfinə keçirilən bayramlardakı xalq tamaşalarından götürülmüşdür. Sonralar bu mərasimin əsasında teatr tamaşasının xüsusi bir növü yaranır ki, bu da onun və ondan ayrılan bir neçə korifeylərin iştirakına əsaslanır. Hərəkət teatrlaşmaya və dramatikləşməyə məruz qalır. Bu və ya digər pyesin konkret ideyasından asılı olaraq dəyişən antik tragediyanın poetikasının bu spesifik xüsusiyyətləri (xorun, korifeylərin iştirakı) pyesin dəyişilməz. mütləq atributuna çevrilir.

Antik tragediya bizim eradan əvvəl Esxilin, Sofoklun, Evripidin yaradıcılığında xüsusi çiçəklənmə dövrü keçmişdir. Onların yaradıcılığı antik şəhərlərin – dövlətlərin demokratik respublika formasında təşkili dövrünə təsadüf edir. Görkəmli qədim yunan dramaturqlarının pyeslərini müqayisə etməli olsaq, tragediyanı öz inkişafının hələ ilkin mərhələsində necə böyük dəyişikliklərə məruz qaldığının şahidi oluruq.

Esxil tragediyasının əsas ideyası fələyin, taleyin hər şeyə qadirliyi, bütövlüyü təşkil edir ki, onunla girişən tragik iflasa məruz qalır. Lakin xarakterik cəhət odur ki, Esxilin bir sıra tragediyalarında, xüsusən də Prometey haqqlnda trilogiyasında artıq allahla mübarizə motivi, səmavi qüvvələrə çağırış motivi səslənir, insanlıq naminə nəhəng fədakarlıq göstərən yaradıcı insana himn səslənir.

Tale, fələk ideyasından əl çəkməyərək, Sofokl onunla bərabər öz tragediyalarının fəaliyyətini sırf həyati məsələlərin həlli uğrunda mübarizə aparan qəhrəmanlar təşkil edirlər. Onun pyeslərində öz aralarında mübarizə aparan qəhrəmanların "şəxsi günahları" əhəmiyyətli rol oynayır ("Antiqona")

Tragediya Evripidin yaradıcılığında mahiyyət etibarilə təkamül dövrünü keçirir. Onun "İppolit". "Orean" və digər pyeslərində "tanrılıq" başlanğıcı insanlar üzərindəki hakimiyyəti qəti surətdə itirir.

Bizim eradan əvvəl IY əsrdə Afina demokratiyasının süqutu ilə əlaqədar olaraq antik tragediyanın inkişafına son qoyulur.

Roma imperiyası dövründə şair və filosof Seneka tragediya janrında şıxış etsə də, onun pyeslərində sünilik, qədim yunan faciələrinə təqlidçilik hiss olunur.

Şərqdə tragediya janrı öz inkişafını IY əsrin ikinci yarısında, Y əsrin birinci yarısında Hindistanda Kolidasın yaradıcılığında tapmışdır. XIII – XIY əsrlərdə Çində yunan draması yaranmışdır ki, burada məhəbbət kolliziyası üstünlük təşkil edir.

Orta əsrlərdə Avropada tragediyanın inkişafına şərait yaranmamışdır. Tragediyanın coşğun çiçəklənmə dövrü İntibah illərində İngiltərədə müşahidə olunur. Tragediyanın korifeyi V.Şekspir hesab olunur. Feodal sistemin dağılması orta əsrlərin sxolostik doqmalarının tənəzzülə uğraması, insanda həyata bağlılıq enerjisinin doğulması – bütün bunlar Şekspirin tragediyalarının yaranmasına səbəb olmuşdur.

Şekspir tragediyalarının qəhrəmanlarının fəallığı, qədim yunan tragediyasında mövcud olan xordan imtina, dramatizmin yeni formalarını şərtləndirmişdir. Canlılıq və hadisələrin zənginliyi kimi yeni formaların yaranmasına səbəb olmuşdur.

Şekspirin tragediya sahəsindəki mühüm yeniliyi ondan ibarətdir ki, onun tragediyalarında faciəviliklə təmiz, "dünyəvi" məsələlər, bəzən də komik başlanğıc bir vəhdət təşkil edir.

İspan dramaturqu Lope de Veqanın tragediyaları da İntibah dövrünün pafosu, yeni, sağlam, həyati yeniliyin feodal ənənələri ilə mübarizəsi ilə yoğrulmuşdur.

Tragediya janrı XYII əsrdə Fransada P.Kornelin və J.Rasinin yaradıcılıqlarında özünəməxsus yeni formalar tapmışdır. Onların yaradıcılıqları mütləq monarxiyanın təşəkkükü ideyasını əks etdirir.Onların tragediyalarının konfliktləri borc hissini şəxsi ehtirasla toqquşmasına əsaslanır. Onların pyeslərinin qəhrəmanları, xüsusən Kornelin əsərləri öz şəxsi mənafelərindən yüksəkdə dayanmağa qadir olan insanlardır. Romanın qəhrəmanları üçün borc və duyğu arasındakı konfliktin kəskinliyi xas bir cəhətdir

Fransız klassizm tragediyanın poetikası, rasional kardinal nümunəsi ilə Şekspir pyeslərinin poetikasından fərqlənir.

Kornelin və Rasininin yaradıcılıqlarında qeyd olunan yüksək mənəvi pafos XYIII əsrin maarifçilik tragediyalarında vətəndaşlıq , din əleyhinə olan məzmunla zənginləşir (Volterin "Məhəmməd", "Zaira" əsərlərində), Roma-Respublika " tragediyalarında inqilabi, antimonarxiya motivləri səslənir.

Ümumdünya tragediyasının inkişafında "tufan və basqın" adlanan dövrün görkəmli alman dramaturqları müəyyən rol oynamışlar. Bu dövrdə yaranmış F.Şillerin "Qaçaqlar", Hötenin "Eqmont" və s. pyeslərində antifeodal pafos, azadlıq uğrunda mərd mübarizlərin surətini əks edən burjua-demokratik inqilabın qiyamçı motivləri üstünlük təşkil edir. Alman dramaturqlarının tragediyaları çiçəklənmə dövründə özünün bütün estetik quruluşu ilə klassist poetikanın normativ qanunlarına qarşı yaranmışdır.

XIX əsrin ortalarında tragediyanın intensiv inkişafının zəifləməsi hiss olunur. Bu dövrdə ədəbiyyatda aparıcı yeri roman tutur.

H. İbsenin Norveçin milli-siyasi müstəqilliyi uğrunda mübarizə pafosu ilə ruhlanan yaradıcılığı həmin dövrün dramaturgiyasında tragik başlanğıcın təzahürünü göstərən nümunələrdən biridir.

Ümumdünya tragediyasının inkişafında rus dramaturgiyasının qiymətli və özünəməxsus töhfəsi olmuşdur. A.S.Puşkinin "Boris Qodunov" tragediyası təlcə Rusiya tragediyasında deyil, ümumiyyətlə ümumdünya tragediyası tarixində mühüm mərhələ kimi qeyd olunur. Əsrin ruhunun dramatik səhnədə də böyük dəyişiklik tələb etdiyinə inanan Puşkin Şekspir təcrübəsinə istinad etmişdir. Hadisələrin geniş vüsəti, xarakterlərin təsvirinin çoxahəngliyi ən müxtəlif tipli səhnələrin bacarıqlı surətdə əlaqələndirilməsi kimi xüsusiyyətlər Puşkin pyesini Şekspirin tragediyasına yaxınlaşdırmışdır.

Eyni zamanda "Boris Qodunov" əsəri tragediya inkişafının ümumi xəzinəsini yeni, prinsipial cəhətdən mühüm xüsusiyyətlərlə zənginləşdirmişdir. Puşkinin pyesində "xalq taleyi", xalqın fikri teması səslənir.

A.S.Puşkin tərəfindən yaradılan " kiçik tragediyalar" ("Xəsis cəngavər". "Motsart və Solyeri", "Daş qonaq", "Taun zamanı ziyafət") silsiləsi də "Boris Qoduno"va yaxınıaşdırır. Bu fəlsəfi məzmuna görə Puşkin bu miniatürlərində humanizmin yüksək ehtiraslarının tərənnümçüsü kimi çıxış edir. O, insanları bir-birindən ayıran bütün qaranlıq, neqativ cəhətləri ifşa edir Bu dövrdə Puşkinin "kiçik tragediyalarına" paralel olaraq M.Y.Lermontovun "İspanlar" tragediyası da yaranır.

Sonrakı illərdə tragediya dramatik ədəbiyyatın müəyyən növü kimi nadir hallarda yaranır.