Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Музейная экспозиция Виртуальный тур Энциклопедический театральный словарь Сайтография Эпистолярное наследие  

Teatr təhsili   Mühazirə mətnləri




Dram nəzəriyyəsi.
Dramatik hərəkətin mənbəyi. Ekspozisiya və zavyazka

Pyes haradan başlanır? İlkin baxışda elə görünür ki, bu sualın cavabı aydındır:pyesin lap başlanğıcından.Lakin nəzərə almaq lazımdır ki, ilk dəfə pərdə qalxdıqda pyesdəki cərəyan edən hadisələr başlanır və onlar davam etdirilir.

Doğrudan da Lirin taxtdan uzaqlaşdırılmasını, Dezdemonanın qaçırılmasını, Xlestokovun gəlişini, Səriyyənin atası evindən əmisi evinə qonaq gəlməsini və s.hadisələrin başlanğıcı hesab etmək olarmı? Məgər bu hadisələrin hər biri əvvvəllərdə baş vermiş, lakin pyesdə cərəyan edən hadisələrdən heç də az əhəmiyyəti olmayanlarla zəncirvari əlaqəsi yoxdurmu?

Bununla belə sənətkar üçün pyesin hansı momentdən başlaması az əhəmiyyətli deyildir. Pərdənin qalxdığı momenti seçmək hər şeydən əvvəl keçmişdəki hadisələri hazırki hadisələrdən, olmuşları olacaqlardan ayırmaqdır.

Elə bir pyes təsəvvürə gətirmək çətindir ki, oradakı iştirakçıların hamısı birinci pərdənin başlanğıcında biri-birilə tanış olmasınlar.

Artıq indi "Soığun çiçəklər" yazıldıqdan sonra özlüyündə aydın olur ki, pərdə Gülnisənin Saranın anasını və atasını zəhərləyib öldürdükdən və Bəhramın bu işdən şübhələndiyi vaxtdan başlayır. Lakin bu məsələni həll etmək lazımdır. Pyesi başlanğıcdan- razvyazkadan (açılışdan) çox uzaqda başlamaq onu təsirliyini və dramatik gərginliyi azltmaq deməkdir. Açılışa(razvyazkaya) həddindən artıq yaxından başlamaq isə qəhrəmanın xarakterinin əməlli başlı açmaq imkanından məhrum olmaq deməkdir.

Beləliklə, dramaturqun vəzifəsi başlanğıc məqamını – baş verəcək konfliktin ilkin əsasənı düzgün müəyyənləşdirməkdir.

İlk pərdənin quruluşunun çətinliyi ondadır ki, o eyni zamanda həm pərdənin qalxdığı momentə kimi baş verən hadisələrin davamı və həm də pyesin özündə baş verəcək yeni hadisələrin ilkin halqasıdır.

Beləliklə dramaturqun vəzifəsi başlanğıc məqamını – baş verəcək konfliktin ilkin əsasını düzgün müəyyənləşdirməkdir.

Bu başlanğıc situasiyasını, məqamını canlandırarkən dramaturq süni surətdə pozulmuş keçmiş və hazırki əlaqələri bərpa etməlidir : tamaşaçıya və ya oxucuya personajların vəziyyəti, onların əlaqələri aydın olmalıdır.

Bəzi ekspozisiya məlumatlarını tamaşaçı hələ pərdə qalxana kimi alır. Bu pyesin adı, onun müəllifi tərəfindən verilmiş janr müəyyənliyidir. Mühüm ekspozisiya vəzifəsini afişalar- proqramalar da yerinə yetirir.

Didro qeyd edirdi ki, "dramın ilk pərdəsi ola bilsinki, onun ən çətin hissəsidir: o hərəkəti başlamalı, inkişaf etməli, bəzən açıqlamalı və həmişə əlaqələndirməlidir. O təkcə qəhrəmanların xarakterini və onların qarşılıqlı əlaqələrini ekspozisiya etməli deyil, eyni zamanda konfliktin başlanğıcı olan və gələcəkdə onun üçün mühüm olan mühitə çevriləcək ilkin konfliktin həyat şəraitini də nəzərə almalıdır.

Vahid dramatik kompozisiyanın hər biri müəyyən mənada müstəqildir.: dramatirq ekspozisiyada xarakterləri, münasibətləri və şəraiti verə bilər, sonra isə baş qəhrəmanın xarakterini ekspozisiya edə bilər və yaxud əvvəlcə tamaşaçıya qəhrəmanın xarakterini açmalı, sonra isə qəhrəmanın hərəkət edəcək şəraitlə tanış etməlidir. (İbsenin "Gəlincik evi")

Xarakterlərin, şəraitlərin, münasibətlərin ekspozisiyasından danışarkən ekspozisiya obyektlərini müəyyənləşdirmək zəruridir. Ekspozisiya üsulları müxtəlifdir. Lakin son nəticədə onların hamısı vasitəsiz və vasutəli kimi iki növə bölünür.

Vasitəsiz ekspozisiyanın vəzifəsi tamaşaçıya əvvəllərdə baş vermiş hadisələrlə agah eləmək, iştirakçılarla tanış etməkdir. Onun ifadə üsulu tam açıqlıddır.

Vasitəsiz elspozisiyanın sadə nümunəsi süjetin inkişafı ilə bilavasitə əlaqəsi olmayan personajın söylədiyi xüsusi monoloqlardır."Süjetdənkənar" personajın monoloqu bir qayda olaraq pyesin proloqu adlanan xüsusi hissəsində verilir.

Məsələn, Nazim Hkmətin "Yolçu" adlı 3 pərdəli pyesində "Aktyor" qapalı pərdə önündə aşağıdakı monoloqu söyləyir: "Oyunumuzun birinci pərdəsi 1921-ci ilin ilk günlərində keçir.Oyunumuzun məkanı kiçik bir Anadolu stansiyasıdır ki, onun önündən yolçu trenlərindən çoxu durmadan keçərlər. Hələ. oyunumuzun keçdiyi sonralar qara qışa rastlaşdığı üçün bu stansiyada yük trenləri belə durmaz.Oyunumuzun qəhrəmanları haqqında söz söyləməyəcəm.Onları sevmək, onlardan nifrət etmək və ya onları acımaq, bu oyunun sonunda hər birinizin verəcəyi hökmlə,hər birinizə aid bir işdir.

Şimdi oyunumuza başlayoruq. Və bir, bəlkə iki saat bir dəvayi-müdafiə edəcəyiz.Əgər, müdafiə edəcəgimiz davayi haqlı bulmayacaqdıq, oynamazdıq.Bən çəkiliyoram.Artıq söz arkadaşlarındır (aktyor çıxır. Pərdə işıqlanır. Sonra açılır)

Proloq Nazim Hikmətin "Bir eşq misalı", "Fatma, Əli və başqaları"(bizdə 1950-ci illərdə "Türkiyədə" adı altında səhnəyə qoyulub) kimi səhnə əsərlərində vardır.

Proloq özünün qeneoloji kökünü hələ Esxil və Sofoklun faciələrində almışdır. Evripid personajın oxunması üçün xüsusi personaj əlavə etmişdir. Evripidin səhnə əsərlərində proloq keçmiş haqqında epik hekayəyə çevrilmişdir.

Tənqidi realizm dramaturgiyası proloqu inkar etmişdir.Proloq bir çox tənqidçilərin fikrincə ümidsizcəsinə köhnəlmiş primitiv vəsaitdir. Lakin, yaddan çıxarılmış və demək olar ki, unudulmuş bu priyom XX əsrdə yenidən dirçəlmişdir.Və bu maraqlı hadisənin səbəblərini müasir dramaturgiyanın qanunauyğunluqlarının dərinliyində axtarmasq lazımdır.

Lirik kimi dramaturq da özünün dünyagörüşünü, özünün insana və hadisəyə münasibətini bilavasitə vermək ehtiyacı hiss edir. Özündən, öz səsi ilə demək həvəsini bir neçə dəfə Artur Millre yada salmışdır.O, böyük təəssüflə qeyd etmişdir ki, lirik şair istedada malik olmadıqda yalnız bircə yol- dramaturgiya qalır.

Müasir dramaturgiyanın xarakterik əlamətlərindən biri odur ki, müəllifin özü dramım iştirakçılarından birinə çevrilmişdir. Əlbəttə, belə xüsusiyyəti hər bir pyesdən tələb etmək düzgün olmazdı.

Lakin "aparıcı", "müəllifin səsi" kimi iştirakçılar B.Brextdən başlamış Qarsiya Lorkaya kimi, Vişnevskidən Arbuzova kimi müxtəlif müəlliflərin bir çoxunda verilmişdir. Dramda bu lirik başlanğıcın belə qüvvətlənməsi müasir dramaturgiyanın mühün əlamətlərindən birinə çevrilmişdir və epiloqun yenidən dirçəlməsinə şərait yaratmışdır.

Bu tarixdən dərs almağa imkan verir: bu və ya digər kompozisiya priyomunu köhnəldiyinə və yaxud realizm prinsiplərinə zidd olduqlarına görə inkar etmək düzgün deyildir. O müəyyən vaxt ötdükdən sonra yenidən vətəndaşlıq hüququnu ala bilər və yeni keyfiyyətlə zənginləşər.

Əgər əvvəllər proloq əsasən intriqadan, bəzən də xarakterdən əvvəlcədən xəbər vermək kimi informasiya məqsədi daşıyırdısa, hazırda onun prinsipial cəhətdən başqa vəzifəsi vardır.

Başqa tipli proloqda oxucu və ya tamaşaçı ilk dəfə olaraq qəhrəmanların özləri ilə görüşürlər. Nadir hallarda belə proloqun əhəmiyyəti xarakterlərin ekspozisiyasına gətirib çıxarır.

Dram tarixində vasitəsiz ekspozisiyanın bir çox nümunələri vardır. Proloq, qəhrəmanın özünü təqdimi ("Aydın"; və s).Lakin bununla dramaturqlar əsasən vasitəli ekspozisiyadan istifadə edirlər. Dialoq və monoloqlardan qəhrəmanların keçmişdə və hazırda nə ilə məşğul olduqları, xarakterləri, arzu və görüşləri haqqında məlumat alırıq.

Vasitəli ekspozisiyada isə dramaturq zəruri olan ekspozisiya məlumatalını personajların nitqləri vasitısilə hadisələrin gedişində verir Bu halda dramatik ekspozisiya tədricən, bir çox toplanılan məlumatların məcmuundan yaranır.Tamaşaçı həmin məlumataları üstü-örtülü şəkildə alır. Onlar personajların replikalarında verilir.

Ekspozisiya zavyazkanı hazırlayır. Zavyazka bu və ya digər dərəcədə ekspozisiyada verilmiş konfliktin imkanlarını həyata keçirir. Ekspozisiya və zavyazka özlüyündə dramın vahid başlanğıc mərhələsinin ayrılmaz elementlərini təşkil edərək, dramatik hərəkətin mənbəyini təşkil edirlər.

Əgər dramın hərbi terminoloqiyasını tətbiq etsək, deyə bilərik ki, ekspozisiya döyüşə hazır olan qüvvələrin nümayişidir; çox zaman kəşfiyyat əməliyyatlı qüvvələrin nümayişidir. Zavyazka vasitəsilə isə həmin döyüş başlanılır.

Dram nəzəriyyəsində ekspozisiya zavyazkanı qəti surətdə qabaqcadan xəbər verən bir mərhələ kimi qiymətləndirilir.

Ekspozisiyanın mühüm vəzifələrindən birisi – baş qəhrəmanın görüşünə hazırlıqdır. Əlbəttə, bu barədə heç bir vahid qanun ola bilməz. lakin bir çox hallarda biz pyesin əvvəlində baş qəhrəmanı görmürük.Baş qəhrəmanın səhnəyə çıxması ilə gərginlik artır və daha da şiddətlənir. Detallıığına qədər izah olunmaq imkanı tamamilə itməsə də, hər halda kəskin surətdə azalır. Məhz bu səbəbdən dramaturqlar bir qayda olaraq baş qəhrəmanla tanışlığa tələsmirlər.

Az əhəmiyyətli olmayan daha bir mülahizə də vardır. Qəhrəman tamaşaçının diqqətini özünə cəlb etməlidir. Dramaturq buna necə nail olmalıdı? Ən sərfəli üsul tamaşaçını personajlar vasitəsilə baş qəhrəmanla qiyabi tanışlıq etdikdən sonra tamaşaçıda baş qəhrəmana qarşı bir maraq oyatmaqdır. Bu maraq həm də digər personajlara da artır.

Baş qəhrəmanların çoxusunun səhnəyə çıxmasına hazırlıq artıq ekspozisiyada olur. Bu o demək deyil ki, iştirakçının "qabaqlanması" mütləq ekspozisiyaya aid olmalıdır.Dramaturqa hadisələrin gedişi, mərhələnin birində yeni personajın görünməsini ətraflı şəkildə hazırlamaq lazımdır.

Dramın başlanğıc mərhələsinin özünün xüsusi estetik vəzifələri vardır.