Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr təhsili   Mühazirə mətnləri




Şəbih tamaşalarının faciə xarakteri daşımasının səbəbləri.

Şəbih sözünün ərəbcə mənası – oxşar, bənzər deməkdir. Şəbih tamaşaları dini – misteriya tamaşaları olub islamın peyğəmbəri Məhəmməd əleyhəssalamın evladlarına tutulan divanla bağlı müsibətin oxşarıdır. Hadisələrin əsas mahiyyətində 632-ci ildə Mədinədə vəfat edən peyğəmbərin əmisi oğlu Həzrəti Əlinin rəhbərliyi qəbul etməsi məsələsi idi. Əli əmisinin dəfn mərasimi ilə məşğul olduğundan vəzifəni Əbubəkr tutur. O, iki il hakimiyyəti idarə edərək İraq və Suriyanı istila edir. Əlinin tərəfdarları onun hərəkətlərindən narazı qalıb Əlini hakimiyyətə gətirmək istəyirlər.

Əbubəkrdən sonra hakimiyyətə Ömər gəlir və 10 il hakimiyyətə rəhbərlik edir. Ondan sonra Osman Xəlifə və onun da rəhbərliyi 12 il çəkir. Osmanın qətlindən sonra Əli dördüncü xəlifə seçilir və  ildən sonra o, da xəyanət qurbanı olur. Əlinin böyük oğlu Həsən xəlifələr elan edilir. Müəvviyə külli miqdarda pul verib, hiylə ilə hakimiyyəti Həsəndən alır və onu zəhərlətdirib öldürür. Müəviyyə xilafətin paytaxtını Mədinədən Suriyanın paytaxtı Dəməşqə (Şama) köçürür. Bu şiələrə xüsusi bir zərbə idi. Əlinin tərəfdarları Mədinədə cəmləşdilər.

19 ilə yaxın xəlifəlik edən Müəviyyə ərəbləri öz nüfuzu altında birləşdirdi və öz sağlığında oğlu Yezidi özünə varis elan etdi. Əlinin kiçik oğlu Hüseyn Mədinədə bir növ sürgün həyatı yaşayırdı. Şiyələr arasında böyük nüfuz sahibi olan Hüseyni dəfələrlə Kufəyə dəvət etmişdilər. Bu çağırışa əsasən Hüseyn 72 nəfər qohum və yaxınları ilə Kufəyə yola düşür. Və Kərbəla yaxınlığında mühasirəyə alınır. Yəzidin hüzuruna gedib beyət etməkdən imtina edən Hüseynin bütün tərəfdarları qılıncdan keçirilir və arvad-uşaq əsir alınıb Şama gətirlir. İslam tarixində  bu hadisə "Kərbəla müsibəti" – kimi bu gün də yada salınır.

VIII əsrdən bu müsibəti hər il yada salan Hüseynə və digər Kərbəla şəhidlərinə ağı deyib ağlayır, onların yaşadıqları müsibəti yada salıb, öz müsibətlərinə şükr edirlər. Faciə janrının kökü kimi ədəbiyyatımızda və fəlsəfi fikrimizdə özünə xüsusi yer tutan bu hadisənin müntəzəm olaraq hər il qeyd edilməsi bir fakt olaraq XV əsrdən başlayır və şiyələr bu faciəni hər il yada salıb, Yezid kimi zalimlərə nifrətlərini bildirirlər. Şəbih tamaşaları dini və siyasi xarakter daşısa da, tarixi bir fakt olaraq bu gün də güclünün gücsüzə qarşı yeritdiyi amansız siyasətin bariz nümunəsi olaraq çox təsirli olaraq özünü bir daha sübut edir. .

Məhərrəmlik ayının 10 günü əza (matəm), onuncu günü aşura (onluq), sonra isə 40 gün hüzn günləri saxlanılır, ehsanlar verilir, dualar oxunur. Şəbih tamaşaları əsas əza günlərində göstərilir. Bu tamaşalar xüsusi ideyalı ssenarilər əsasında hazırlanır. "Qasım otağı", "Əli Əkbər otağı", "Həzrəti Abbasın kəsilmiş qolları", "Qəbri Hüseyn", "Səkinənin vəfatı", "Tiflani - Müslim", "Fatimənin qətli", "Əlinin qətli" və s. sujetlərin əsasında hazırlanır.

Azərbaycanda şəbihlər üçün qəmli, faciəvi qəsidələr, mərsiyyələr, müxtəlif janrlı şeirlər yazan şairlər olmuşdur. Onlardan M.Fizuli, İ. Nəsimi kimi qüdrətli şairlərin fikirləri xüsusi əhəmiyyət daşıyır. Sonralar Mollağa Bihud (1832-1892), Baqir Ağamirzə Məhəmmədbağır Xalxali (1830-1892), Valeh Gülablı (1776-1834), Novruz Mirzə (1846-1918), Məhəm-Dilsuz (XIX əsr) kimi şairlərin yaradıcılığında "Kərbəla müsibəti"nin faciələrinə aid dəyərli qəsidə və şeirlərin olduğu diqqəti cəlb edir.

Bundan başqa, məhərrəmlik mərasimlərində şəbih tamaşalarını hazırlayan şəbihgərdanlar olurdu. Şuşada musiqiçi Xarrat Qulu, Bakıda peşəkar aktyor – Rüstəm Kazımov kimi şəbihgərdanlar xalq arasında böyük nüfuz qazanmışlar.

Şəbih tamaşalarında rəmzi məna daşıyan effektlərdən istifadə edilirdi. Ortaya qoyulmuş bir tas su – Fərat çayının rəmzi idi. Şümür də əlində qılınc imam balalarını su götürməyə qoymurdu. Şəbihçi aktyorlar susuzluq əzablarını, imam övladlarını keçirdikləri psixoloji sarsıntıları həssaslıqla, bacarıq və məharətlə ifa edirdilər.

Şəbih tamaşalarında, əza qəfiləsində dərvişlər də fəal iştirak edirdilər. Onlar həm tək, həm də dəstə-dəstə kəndləri, şəhərləri gəzir sirayətedici səslə qəsidələr, mərziyələr oxuyub, "Kərbəla müsibətləri"nin haqqında çox inandırıcı hədislər söyləyərək insanlarda o həyati hadisələrin yenidən təsəvvürlərində canlanmasına nail olurdular.