Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr təhsili   Mühazirə mətnləri




Azərbaycanda Avropatipli teatrın yaranma səbəbləri.

Avropada teatrlarda yaranan yeni estetik prinsiplər XIX  əvvəllərində öz əhatə dairəsini bir qədər də genişləndirmişdi. Avropada teatr yeni bir mərhələ yaşayırdı. Maarifçilik  hərakatınin yaratdıgı bu yeni mərhələ özünəməxsus dəyərləri ilə digərlərindən fərqli idi. Sinfi mübarizələr fonunda getdikcə güclənən maarifçilik hərəkatı ingilis dramaturgiyasında yeni ideyalı səhnə əsərlərinin yaranmasına  səbəb olurdu.

Fransa teatrında maarifçilik ideyalarının təsiri çox güclü idi. Bu proses teatr tarixində burjua-inqilabi hərəkat kimi qüvvətlənərək, teatr sənətinin inkişafına da  öz təsirini göstərir, ona yeni istiqamət verirdi. Bu prosesdə F.Volterin dramaturgiyası xüsusilə seçilirdi. Maarifçilik prinsiplərinə xidmət edən Deni Didro, P.O.Bomarşe, Renyan, Marib kimi dramaturqların əsərlərinə artan tamaşaçı maragı Avropa teatr mədəniyyətində yeni bir era açırdı.

İtalyada Karlo Qoldoninin dramaturgiyası   yeni aktyor sənətinin yaranması və inkişafı üçün zəmin yaratmaqdan əlavə, həmçinin İtalyan  dramaturgiyasında yeni  və ciddi janrların yaranmasına imkanlar yaratdı.

Maarifçilik hərəkatının Alman teatrı üçün də  böyük əhəmiyyəti olmuşdu. Lessinqin dramaturgiyası  Alman  teatrının ideya-estetik cəhətdən yeniləşməsini, maarifçilik ideyaları ilə təmin olunmasını  şərtləndirirdi. Həmin illərdə  Alman teatrının inkişafında Höte və Şiller kimi dramaturqların xüsusi yeri olmuşdur. Onlar XVIII əsr Alman dramaturgiyasında  meşşan xarakterli  məişət  dramlarının  əvəzində  vətənpərvərlik, milli ruh və  dünyavi  problemləri  əks etdirən əsərləri  ilə  dünya ədəbiyyatına  nümunə olacaq bir  yol seçdilər. Fridrix  Şillerin "Orlean qızı",  "Valeşteyn",  "Don Karlos",  "Qaçaqlar",  "Mariya Stüart" və digər  faciələrinin  Alman teatrının yeni istiqamətdə inkişaf etməsində xüsusi  rolu  oldu.

XIX  əsrdə  Rusiyada  da  teatr xalqın  mənafeyini  müdafiə edirdi.  Tolstoyun,  Qoqolun,  Çernişevski,  Ostrovski  kimi  maarifçilərin  əsərlərində  xalqın taleyi ön  planda  dayanırdı.Təbii ki, bütün bu yeni keyfiyyətlərin  teatr işinə güclü təsir etməsi onu xalqa daha çox yaxınlaşdırırdı. Yeni dramaturgiyada  demək olar ki, sadə xalqın nümayəndələrinin  həyat tərzi, arzu və istəkləri ön plana çəkilirdi.

Azərbaycan teatr mədəniyyətində  XIX əsrin əvvəllərində hələ də  Şərq teatr ənənələri öz mövqeyini qoruyub saxlamaqda idi.   Məişət və mövsümi hadisələrlə baglı  keçirilən  meydan  tamaşaları  ümumi xalqın  estetik zövqünün  təmin  edilməsinə hesablanırdı. Yazın  gəlişi  ilə  baglı  keçirilən  Novruz  şənlikləri  silsilə xarakteri ilə  xalqın əkinə-biçinə həvəsini gücləndirir. əməkçi xalqda bolluq və bərəkətlik gətirəcək yaza  ümüdləri  gücləndirirdi.

Azərbaycanda  məişətlə bağlı keçirilən toy və digər şənliklərin də tamaşa  xarakteri  daşıması  da  bu xalqın  çox  qədim zamanlardan  tamaşalara, yıgıncaqlara, kütləvi bayram  şənliklərinə  meylli olduğundan  xəbər verir. Lakin dünyada baş verən  yeniliklərin  təbii  ki, Azərbaycan  xalqı  üçün də  müəyyən  mənada  bir önəmi var idi. XIX əsrdə  Rus  imperiyasının  nəzarətində  yaşayan   Azərbaycanın  sərbəstlik, azadlıq, demokratiya   uğrunda  ideoloji mübarizə aparan   qabaqcıl  fikirli ziyalıları  davamlı  olaraq  təqib edilir, müxtəlif bəhanələr ilə  Azərbaycan  xalqının  sözü eşidilən  şəxsiyyətləri  ölkədən didərgin  salınırdı. Belə bir çətin  şəraitdə  Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Abbasqulu ağa Bakıxanov,  Həsən bəy Zərdabi  kimi  maarifçilərin  ideyaları  təbii  ki,  öz təsirini  göstərməli idi. Bu yenilik  Mirzə  Fətəli  Axundovzadənin ictimai düşüncələrində  daha fərqli  diqqəti  cəlb edirdi.  O, sözün  əsl  mənasında  Avropalıların  yolunu  getmək istəyərək  Azərbaycanda  yeni  tipli teatr yaratmaq  yolunu tutmaq istəmişdi. O,  Azərbaycanda  maarifçilik  teatrinin  əsasını  qoymaq,  onu xalqının  ictimai  şüurunun  güzgüsünə  çevirməyə  çalışırdı. Bu məqsədlə  Şərqdə  ilk dəfə Avropatipli dramaturgiya yaradıldı.  Mirzə Fətəli Axundovzadə   bir-birinin ardınca altı komediyasını yazaraq milli dünyavi teatrımızın özülünü qoydu.

"Hekayəti-Molla İbrahimxəlil kimyagər", "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduguni-məşhur", "Sərgüzəşti-vəziri-xani-Lənkəran"(1850), "Hekayəti –xırs quldurbasan" (18510),  "Sərgüzəşti-mərdi-xəsis" ("Hacı Qara"-1852), "Mürafiə vəkillərinin hekayəti" (1855)  əsərləri ilə M.F.Axundovzadə nəinki  Azərbaycanda, həmçinin bütün Şərq dünyasında Avropatipli teatrın yaranmasına şərait yaratdı.Lakin  bu  əsərləri tamaşaya hazırlamaq üçün Azərbaycanda nə rejissor, nə də hər hansı bir teatr truppası var idi. Əsərlər tamaşaya hazırlanmaq üçün sahibini gözləyirdi. Dramaturqun bu vəziyyətlə baglı narahatlıgını ıfadə edən bir yazını burada diqqətə çatdırmaq yerinə düşər: "Mən Tiflisdə qulluqda olarkən mərhum Mirzə Fətəli Axundzadə öz komediya kitabının bir cildini mənə vermişdi. Gimnaziyada əlliyə qədər müsəlman şagirdləri var idi ki, onların otuzu  pansionda oxuyurdular. Bu tələbələrin on-on beşi  axırıncı kurslarda idilər. Bir neçə gün onları yığıb Mirzə Fətəlinin komediyalarını onlara oxuyub təvəqqe  elədim ki, onlardan birini seçib oynasınlar. "Hacı Qaran"ı seçdilər. Sonra rolları paylayıb bayram günləri yıgıb öyrədəndən sonra elannamələr yazıb payladılar ki, fılan günü, fılan yerdə müsəlmanlar teatr çıxaracaqlar".- deyə yazan Həsən bəy Zərdabi  "Hacı Qara" tamaşası üçün lazımi səhnə ləvazimatları tapdıqlarını da qeyd edir. İstifadə etdiyimiz mənbədə Hacı Qara rolunun ifaçısı gimnazist Əsgər bəy Goraninin də yaxşı ifasından söhbət açılır.

Qeyd etmək lazımdır ki,  yazılı mənbələrdə ilk peşəkar teatr tariximizin tarixi M.F.Axunndovzadənin   "Lənkəran xanının vəziri" tamaşasının adı ilə baglıdır. Deməli, belə bir nəticəyə gəlmək olur ki, bu ərəfədə (1873-cü il mart ayı) iki tamaşa hazırlanmışdır.  Bunlardan biri  "Lənkəran xanının vəziri", digəri isə "Hacı Qara" pyesləri idi ki,  hər ikisi  paralel olaraq hazırlanmışdı.

Onu da qeyd edək ki,  M.F.Axundovzadənin   "Hekayəti xırs quldurbasan" pyesi  dramaturqun öz iştirakı ilə Tiflis şəhərindəki  Rus teatrında hazırlanmışdır. M.F.Axundovzadə öz sağlığında əsərlərinin milli səhnəmizdə müntəzəm şəkildə oynanılmasını arzulayırdı. Çünki o, bu əsərlərin xalq üçün mükəmməl bir məktəb rolu oynayacağına əmin idi.