Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr təhsili   Mühazirə mətnləri




Azerbaycan teatr tarixi.
XX əsrin əvvəllərində Bakıda teatr mühiti.

Həbib bəyin məktəbində (1887) yaradılan "Birinci müsəlman dram dəstəsi"ndə toplaşan teatr fədailəri getdikcə bu yeni çətin işdə müəyyən uğurlar qazanmışdılar. Dəstənin repertuarına M.F.Axundzadənin, N.B.Vəzirovun, N.Nərimanovun, Ə.Haqverdiyevin, S.M.Qənizadənin, S.S.Axundovun və digər maarifçi drmaturqların  pyesləri daxil idi. 1901 ci ildə bu dəstəyə Əbdürrəhim bəy Haqverdiyevin də daxil olması demək olar ki, burada getdukcə inkişaf edən peşəkarlıgı bir qədər də yüksəklərə  qaldırdı. Ə.Haqverdiyev  Sankt-Peterburq şəhərində təhsil aldıgı illərdə aldığı mühəndislik ixtisası ilə yanaşı, teatr sənətinə də xüsusi maraq göstərmiş, Aleksandrinski  teatrının iş təcrübəsi  ilə yaxından tanış olmuşdu.  O, bu teatrın zəngin iş təcrübəsini, rejissor sənətinin estetik prinsiplərini, aktyorla apardıgı iş metodunu əməlli-başlı mənimsəmişdi. Bu təcrübəni həm nəzəri, həm də təcrübi  cəhətdən həyata kecirən Əbdürrəhim bəy "Birinci müsəlman dram dəstəsi"ndə bir neçə il ərzində diqqəti cəlb edəcək dərəcədə ugur qazanmaga müvəffəq olmuşdu. Hüseyn Ərəblinski, Əbülfət Vəli (Vəliyev)  və digər aktyorlar  onun teatr sənəti ilə baglı yenilikçi fikirləri ilə yaxından tanış olur, öyrəndiklərini təcrübədə həyata keçirməyə çalışırdılar.

1904-cü ildə Əbdürrəhim bəy Haqverdiyevin  Rus  imperiyasının III Dumasına deputat seçilməsi ilə əlaqədar olaraq Gəncə guberniyasına  rəsmi vəzifəyə dəvət alması ilə əlaqədar olaraq teatr dəstəsindən uzaqlaşması yenicə axarına düşmüş  teatr işində ciddi çətinliklərin yaranmasına səbəb oldu. Teatr dəstəsində bir-birini bəyənməmək, mənəm-mənəmlik kimi  sənətə ziyan vuran  halların nəticəsi olaraq  "Birinci müsəlman dram dəstəsi"ndə parçalanma başladı. 

Parçalanmaya səbəb olan hadisələrdən biri də  Rusiyada baş verən ixtişaşlar idi. Çar Rusiyasının siyasətindən narazı qalan xalq artıq kütləvi şəkildə etiraz aksiyaları keçirir,tətillər və nümayişlər edərək, dövləti dəyişməyə çalışırdılar. Bu inqilabi hərəkatın  əhatə dairəsi Bakı şəhərini də öz  nöfuzu altına almışdı. Neft sənayesi mərkəzinə  çevrilən Bakıda o dövrdə  xeyli sayda qeyri-azərbaycanlı  fəhlə və işçi çalışıb-yaşayırdı. Elə buna görə də Bakıda ixtişaşlarla əlaqədar olaraq müxtəlif fikirlər, siyasi əqidələr,düşüncələr yaranırdı ki, bu da teatr işində də öz təsirini göstərirdi.

Bakıda 1905-ci ildə bir neçə siyasi partiya fəaliyyət göstərirdi ki,  bunlardan bəziləri öz fəaliyyət əhatəsini daha da genişləndirmək, ideoloji aktivliyini fəallaşdırmaq məqsədi ilə öz idarəçiliklərinin yanında teatr truppası da saxlamagı mönasib hesab edirdi. Məsələn, Ə.Haqverdiyevin gedişindən sonra rəhbərsiz galan "Birinci müsəlman dram dəstəsini" parçalamaga gücləri yetən  farspərəst ziyalılar fürsətdən istifadə edib "Həmiyyət", ruspərəst ziyalılar isə "Yoldaşlıq" adlı teatr truppalarını yaratdılar. Bu cəbhələrə qoşulmayan teatrsevərlər isə maddi və mənəvi dəstəkləri olmadıqları üçün  sadə dildə desək ortada təkləndilər. Vəziyyətin bu çətin məqamında  Bakının azərbayçanlı zənginləri teatr işinə və ümumiyyətlə xalqin kütləvi şəkildə savadlanması prosesinə xidmət edən mədəni-maarif cəmiyyətləri yaratmagı qərara aldılar. İlk olaraq "Nicat" mədəni-maarif cəmiyyəti yaradıldı. Cəmiyyət  yaranan kimi  öz tərkibində eyni adlı teatr dəstəsi yaratdı.