Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Musiqi və teatr   Dirijorlar



Əfrasiyab Bədəlbəyli
(19.4.1907-6.1.1976)

Tanınmış maarifpərvər Bədəlbəyin ailəsində 19 aprel 1907-ci ildə Bakıda doğulub.

Əslən Şuşalı olan, Üzeyir bəyin qohumu Bədəlbəy Bakıda milli məktəb açan ilk müəllimlərdəndir və həm də dram və opera tamaşalarında iştirak edib. Məcnunun ("Leyli və Məcnun", Üzeyir bəy Hacıbəyli) partiyasını ifa edib. Əmisi aktyor və pedaqoq, milli operamızda qadın rollarının məşhur ifaçısı Əhməd Ağdamski idi. Kiçik qardaşı Şəmsi Bədəlbəyli rejissor olub.

Azərbaycanın ilk milli baletinin müəllifi, şöhrətli dirijor, musiqişünas, pedaqoq, tədqiqatçı və librettolar müəllifi Əfrasiyab Bədəlbəyli uşaqlıqda gözəl tar çalıb. Azərbaycan Dövlət Universitetində təhsil ala-ala Dövlət Dram Teatrında işləyib. Burada dramaturq Cəfər Cabbarlı ilə dostlaşıb və onun premyerası 16 fevral 1928-ci ildə göstərilən "Od gəlini" faciəsinin tamaşasına ilk dəfə musiqi bəstələyib. Üzeyir bəyin təşəbbüsü ilə 1929-cu ildə Opera və Balet Teatrında ilk dəfə pult arxasıma qalxaraq "Əsli və Kərəm" operasına dirijorluq edib.

1930-cu ildə universiteti bitirən Bədəlbəyli 1938-ci ildə Peterburq Konservatoriyasının nəzdində musiqi məktəbini də bitirib. Azərbaycan Respublikasının Xalq Artisti fəxri adı ilə təltif olunub (23 fevral 1940).

1930-cu ildən ömrünün sonunadək müəyyən fasilələrlə Opera və Balet Teatrında dirijor və baş dirijor işləyib. Teatrda Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan" operettasına, "Leyli və Məcnun", "Əsli və Kərəm", Müslüm bəy Maqomayevin "Şah İsmayıl", Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib", Fikrət Əmirovun "Sevil", Cüzeppe Verdinin "Aida", "Riqoletto", Cakomo Puççininin "Toska" operalarına, özünün "Qız qalası", Boris Zeydmanın "Qızıl açar", "Maskarad", Reynqold Qlierin "Qırmızı lalə", Pyotr Çaykovskinin "Sonalar gölü", "Şelkunçik", Rikardo Driqonun "Arlekinado", İqor Morozovun "Doktor Aybolit" baletlərinə, Boris Asafyevin "Bağçasaray fəvvarəsi" xoreoqrafik poemasına dirijorluq edib.

Bədəlbəyli 6 yanvar 1976-cı ildə Bakıda vəfat edib.