Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Musiqi və teatr   Dirijorlar



Kazım Əliverdibəyov

Əliverdibəyov Kazım Ağalar bəy oğlu - dirijor, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Kazım Əliverdibəyov 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsini bitirmişdir.

1960-cı ildən müəyyən fasilələrlə Opera və Balet teatrında dirijor və baş dirijor vəzifələrində çalışmış və hazırda da fəaliyyət göstərməkdədir.

Teatrın repertuarına daxil olan bir çox opera və balet tamaşalarını – "Leyli və Məcnun", "Aşıq Qərib", "Gəlin qayası", "Şah İsmayıl", "Vaqif", "Madam Batterflyay", "Sevilya bərbəri", "Karmen" operaları, eyni zamanda "Don Kixot" (Minkus), "Jizel", "Xəzər balladası", "Bolero", "Karmen-süita", "Paxita", "Şopeniana" baletlərinə dirijorluq etmişdir..

Teatrdakı fəaliyyəti ilə yanaşı K.Əliverdibəyov eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olur. Bakı Musiqi Akademiyasının professorudur.

K.Əliverdibəyov bir neçə il qardaş Türkiyə Respublikasında çalışmış, İzmir şəhər Konservatoriyasında dərs demişdir.