Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Musiqi və teatr   Dirijorlar



Çingiz Hacıbəyov
(1913-1971)

Hacıbəyov Çingiz Zülfüqar bəy oğlu - dirijor, Azərbaycan SSR-in Əməkdar İncəsənət Xadimi (1960).

Çingiz Hacıbəyov 1931-ci ildən M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının orkestrində Üzeyir Hacıbəyli və Müslim Maqomayevin rəhbərliyi ilə skripkaçı kimi fəaliyyət göstərmişdir.

Çingiz Hacıbəyovun yaradıcılığının əsas fəaliyyəti Azərbaycan Musiqili Komediya Teatrı, Dövlət Radio və Televiziya verilişləri Komitəsinin simfonik orkestri, Ü.Hacıbəyov adına Dövlət Simfonik Orkestri ilə bağlı olmuşdur.

1938-1953-cü illərdə baş dirijor olmuşdur. 1953-cü ildən 1960-cı ilədək Azərbaycan Dövlər Radio və Televiziya Verilişləri Komitəsində baş dirijor, 1960-cı ildən ömrünün sonunadək Üzeyir Hacıbəyov adına Dövlət Simfonik Orkestrində dirijor olmuşdur.