Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Musiqi və teatr   Dirijorlar



Əşrəf Həsənov
(24.1.1909-9.8.1983)

24 yanvar 1909-cu ildə Şəkidə doğulub. ADK-nın orkestr (1932) və Moskva Dövlət Konservatoriyasının dirijorluq (1938) siniflərini bitirib.

İlk ali təhsilli peşəkar dirijorlardan olan Əşrəf Həsən oğlu Abbasov 1932-1979-cu illərdə ADOBT-də dirijor işləyib.

1949-1962-ci illərdə ADK-nın opera hazırlığı sinifinə rəhbərlik edib. Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi (23 fevral 1940) və Xalq Artisti (10 iyun 1959) fəxri adları ilə təltif olunub. ADOBT-də Üzeyir bəy Hacıbəylinin "Koroğlu", "Leyli və Məcnun", Müslüm Maqomayevin "Şah İsmayıl", Reynqold Qilierin "Şahsənəm", Mixail Qlinkanın "İvan Susanin", Cüzeppe Verdinin "Traviata", "Aida", "Riqoletto", Nikolay Rimski-Korsakovun "Çar gəlini" və "Qar qız", Jorj Bizenin "Karmen", Rucero Leonkovallonun "Məzhəkəçilər", Sergey Raxmaninovun "Aleko", Aleksandr Darqomıjskinin "Su pərisi", Pyotr Çaykovskinin "Yevgeni Onegin", "İolanta" , "Motsart və Salyeri"operalarına, N.Rimski-Korsakovun "Şəhrizad", İqor Marozovun "Doktor Aybolit" baletlərinə dirijorluq edib.

Əşrəf Həsənov 9 avqust 1983-cü ildə Bakida vəfat edib.