Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Rəssam və teatr   Rəssamlar



Əfqanlı Bədurə Məlik qızı
Xalq rəssamı

 

Bədurə Məlik qızı Əfqanlı (Ağamalova) 25 oktyabr 1912-ci ildə Bakıda anadan olub.

Bakı Pedoqoji Texnikumunu (1929), Bakı Rəssamlıq Məktəbini (1931) bitirib. Aşğabad Dövlət Azərbaycan Musiqili Dram Teatrında quruluşçu-rəssam (1934-1935), Azərbaycan Dövlət Dram Teatrında tərtibatçı və geyim üzrə rəssam (1938-1960), 1960-cı ildən "Azərbaycanfilm" kinostudiyasında geyim üzrə rəssam işləyib. Azərbaycan Dövlət Rus Dram Teatrının bir sıra tamaşası, həmçinin opera, rəqs ansamblı və bədii özfəaliyyət kollektivləri üçün geyim eskizləri çəkib.

Bir çox əsəri Azərbaycan Dövlət Teatr Muzeyi və A.A.Baxruşin adına Rusiya Mərkəzi Teatr Muzeyində (Moskva) saxlanılır. İlk azərbaycanlı qadın teatr rəssamlarından biri, Əməkdar İncəsənət Xadimi (1949), Xalq rəssamı (1974) Bədurə Əfqanlı 7 may 2002-ci ildə vəfat edib.