Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Rəssam və teatr   Rəssamlar



Rzaquliyev Ələkbər Ələsgər oğlu
Əməkdar rəssamı

(31.1.1903, Bakı – 31.1.1974, Bakı) – Azərbaycan boyakarı və qrafiki. Azərbaycanın Əməkdar Rəssamı (1964).

Yaradıcılığının erkən dövründə inqilabdan əvvəlki Azərbaycan məişətinin xarakterik səhnələri təsvir olunan boyakarlıq əsərləri çəkmişdir («Azərbaycanlı qadın», 1926; «Pəhləvanlar», 1926; «Mollaxana», 1927).

Rzaquliyev qrafika sahəsində daha geniş fəaliyyət göstərmiş, «Köhnə Bakı» silsiləsi (1958–72), «M. Ə. Sabir» (1963), «Bakılılar Berlində» (1968),«V. İ. Lenin və Azərbaycan rəhbərləri» (1970), «Çaybecərənlər» (1972), «Azərbaycan madonnası» (1973) və s. linoqravüralar yaratmışdır.

Əsərləri Şərq Xalqları İncəsənəti Muzeyi (Moskva), R. Mustafayev ad. Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Şəkil Qalereyası və digər muzeylərdə saxlanılır.