Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Rəssam və teatr   Rəssamlar



Rzaquliyev Elbəy Mirzə Həsən oğlu
Rəssam

 

Elbəy Mirzə Həsən oğlu Rzaquliyev 17 iyun 1926-cı ildə Bakıda ziyalı ailəsində anadan olub.

Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra, 1946-cı ildə ÜDKİ-nun rəssamlıq fakültəsinə daxil olub. Təhsilini başa vurub, 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayıb. Buna görə də daha sonralar onun yaradıcılığı iki əsas istiqamətdə inkişaf etmişdir. O, həm rəngkar, həm də kino rəssamı kimi fəaliyyət göstərmişdir.

Elbəy Rzaquliyevin 1960-cı ildə Bakıda, 1960-1967-ci illərdə isə Moskvada və Kaunasda fərdi sərgiləri böyük müvəffəqiyyətlə nümayiş etdirilmiş və sənətsevərlərin diqqətini özünə cəlb etmişdir.

Ölkəmizdə və xaricdə çoxlu sayda sərgiləri keçirilib. Xalq Rəssamı (1977), Dövlət Mükafatı Laureatı (1986) Elbəy Rzaquliyev 2007-ci il sentyabrın 15-də 82 yaşında dünyasını dəyişib.