Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Quliyev Elxan
( Akademik Milli Dram Teatr )

Elxan Əlibala oğlu Quliyev noyabr ayının 2-də Bakı şəhərində anadan olub. 1974-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir.

Təyinatla Akademik Milli Dram Teatrına gələn Elxan Quliyev, teatrın səhnəsində aşağıdakı rolları oynamışdır:

3-cü qardaş («Yatmış gözəl və yeddi qardaş» A.Puşkin),

Döyüşçü («Qılınc və qələm» M.S.Ordubadi),

Zəncirvuran («Dəli yığıncağı» C.Məmmədquluzadə),

1-ci qulam («Fitnə» A.Şaiq),

Laldinməz polis («Səhra yuxuları» Anar),

Kaytens («Maqbet» V.Şekspir),

Qıran («Atabəylər» N.Həsənzadə),

Ata («Anamın kitabı» C.Məmmədquluzadə),

Kinto («Xanuma» A.Saqareli),

Alman oğlu («İnsan» S.Vurğun),

Sərkərdə Teymur («Vaqif» S.Vurğun),

Kəramət («Fəryad» B.Vahabzadə),

Jurnalist («Şeyx Xiyabani» İ.Əfəndiyev),

Ağa Bəşir («Lənkəran xanının vəziri» M.F.Axundzadə),

Qarğış («Qızıl teşt» S.Səxavət),

Osvald («Kral Lir»V.Şekspir),

Erkin («Özümüzü kəsən qılınc»B.Vahabzadə),

Yarqıtay («Dar agacı» B.Vahabzadə),

Pedro («Kəllə» N.Hikmət),

Mirzə Cəlil Məmmədquluzadə («Hərənin öz payı» X.Qoca),

Qulaməli («Bu dünyanın adamları» Hidayət),

Əkbər («Rəqabət» B.Vahabzadə),

Polis qonşu («Qatil» Elçin),

Zindanbaşı və Enobarb («Misir gecələri»)

Axund Turab («Mesenat» Ə.Əmirli),

Polad («Eloğlu» A.Şaiq),

Sisianov («Qarabağnamə» İ.Əfəndiyev),

Nəzarətçi («Qatarın altına atılan qadın» A.Məsud),

Zindən rəisi («Qadın məhəbbəti» V.Hüqo).

 

Elxan Quliyev Azərbaycan Dövlət televiziyasında hazırlanmış:

«Şərqin səhəri» (Bayram),

«Sarıköynək və Valehin nağılı» (Rövşən),

«6-cı palata» (Vanya),

«Şöhrət və unudulan adam» (Fotoqraf),

«Hacı Qara» (Səfər bəy),

«Sonuncu şahid» (Prokuror),

«Qoç döyüşü» (Akif Səmədov),

«Həkimlər» (Vaqif),

«Tövbə» (Çingiz müəllim), və s. teletamaşalarda,

 

«Azərbaycanfilm» kinostudiyasında çəkilmiş:

«Sevinc buxtası» (Elxan),

«Ani dönüş» (Oqtay),

«Pəncərə» (Sahə müvəkkili),

«İstintaq» (Milis mayoru),

«Ağ atlı oğlan»,

«Gözəl, gözəl, gözəl dünya» (Əbdül),

«Biz qayıdacağıq»,

«Absurdistan» – Alman kinostudiyasının istehsalı,

«Cavad xan», «İstanbul reysi»,

«Ondan yaxşı qardaş yox idi» («Mosfilm) filmlərində, «Yanmış körpülər» (Bomba),

«Susmuş vicdan» (Kənan müəllim) serialına çəkilib.

 

2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.