Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Cəbrayılov Elşən
( Akademik Milli Dram Teatr )

Cəbrayılov Elşən Şahin oğlu iyul ayının 12-də Bakı şəhərində anadan olub.1998-cu ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib.

Universitetdə təhsil ala-ala Musiqili Komediya Teatrında, əvvəl balet artisti, sonra aktyor vəzifəsində işləyib. II-ci kursda oxuyanda Akademik Milli Dram Teatrına dəvət olunaraq, N.Hacızadənin «Qisas qiyamətə qalmaz» tamaşasında Nurlan, III kursda isə Elşən Cəbrayılov S.Vurğunun "Fərhad və Şirin" tamaşasında Şiruyə rolunu ifa edib. 1999-cu ildə Akademik Milli Dram Teatrının truppasına aktyor qəbul olunub. Eyni zamanda bu illər ərzində Bakı Dövlət Sirkində aparıcı (manej inspektoru) vəzifəsində çalışıb.

O, teatrda aşağıdakı rolları oynayıb:

Şiruyə («Fərhad və Şirin» S.Vurğun), 3-cü ərizəçisi («Lənkəran xanının vəziri» M.F.Axundzadə),

Poçt işçisi ("Poçt şöbəsində xəyal" Elçin), İlyas («Aydın» C.Cabbarlı),

2-ci aktyor və Kapitan («Hamlet»V.Şekspir),

Patrik («Brüsseldən məktublar» H.Həsənov),

Vəkil («Varlı qadın» Ə.Əmirli),

Fikrət («İkinci səs» B.Vahabzadə),

Miribəy («Dirilən adam» Mir Cəlal),

Oğlan («İnsan səsi» J.Kokto),

Müsyö Jordan ("Müsyö Jordan və dərviş Məstəli şah" M.F.Axundzadə),

Topuş («Arılar arsında» Elçin),

Lisanoviç («Qarabağnamə» İ.Əfəndiyev),

Oğul («Teleskop» Elçin),

Narçın («Qanlı Nigar» S.Şendil),

Kote («Xanuma» A.Saqareli).

Elşən Cəbrayılov bir çox Dövlət səviyyəli tədbirlərdə yaxından və fəal iştirak edir. Dövlət tədbirlərində yüksək aparıcılıq fəaliyyətinə görə "İntellekt"və "Qızıl Buta" mükafatlarıba layiq görülüb. 2009 ildə - Azərbaycan Respublikası Əməkdar Artisti fəxri adına layiq görülüb.