Qarayev Yasin Mikayıl oğlu
( Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı )
22 may 1946-cı ildə Şəmkir rayonunun Dəllər -Cırdaxan kəndində doğulub.
22 fevral 1973-cü ildə M.A.Əliyev adına Teatr İnstitutunun «Musiqili komediya aktyoru» fakültəsini bitirib.
12 mart 1973-cü ildən Gənc Tamaşaçılar teatrının aktyorudur.
22 may 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 16 may 2006-cı ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adları ilə təltif olunub.
15 may 2006-cı ildən Prezident mükafatçısıdır.
«Qızıl Dərviş» mükafatı laureatıdır.
Əsas rolları:
1. Aşıq Vəli, Mahmud - («Hacı Qəmbər», Nəcəf Bəy Vəzirov)
2. Cəlal - («Komsomol poeması», İskəndər Coşğun)
3. Volodya Kulikov - («Unutmayın», Yusif Əzimzadə)
4. Elşad - («Şəhərli oğlan», Qeybulla Rəsulov)
5. Əziz - («Sağlıq olsun», İsi Məlikzadə)
6. Qarakişi - («Gəl qohum olaq», İsi Məlikzadə)
7. Qulu - («Tamahkar», Süleyman Sani Axundov)
8. Azər - («Mahmud və Məryəm», Elçin)
9. Əflətun - («Ölüm hökmü», Elçin)
10. Qələndərov - («Olmuş əhvalat», Aqşin Babayev)
11. Qafar – («Çimnaz xanım yuxudadır», Süleyman Rüstəm)
12. Əmi - («Nənənin kələyi», Əhməd Orucoğlu)
13. Kürən – («Yaddaş ağrısı», Hüseynbala Mirələmov)
14. Qafar - («Çimnaz xanım yuxudadır», Süleyman Rüstəm)
15. Aşıq Vəli – («Yağış, yağmur və daldan atılan daş», Nəcəf bəy Vəzirov)
|