Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Hüseynov Rafiq Mirzəcan oğlu
( Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı )

24 aprel 1941-ci ildə Hacıqabul rayonunda doğulub.

25 may 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyoru» fakültəsini bitirib. Əvvəllər Sumqayıt Dövlət Dram Teatrında aktyor, Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim vəzifəsində işləyib.

20 sentyabr 1972-ci ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur. Bir neçə tamaşanın müəllifi və quruluşçu rejissorudur.

22 may 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub.

 

Əsas rolları:

1. Leonardo - («Sükut divarı», Paola Messina)

2. Əşrəf bəy - («Hacı Qənbər», Nəcəf Bəy Vəzirov)

3. Həcir - («Söhrab və Rüstəm», İskəndər Coşğun)

4. Mələmiş müəllim - («Mənim nəğməkar bibim», Əkrəm Əylisli)

5. Mahmud - («Azad Çoban», Məmmədiyyə Yusifzadə)

6. Səlim - («Bir sahilin adamları», Xalidə Hasilova)

7. Dahi - («Unutmağa kimsə yox», Kamal Abdulla)

8. Qara keşiş - («Nəsrəddin», Yusif Əzimzadə)

9. Ziyad xan - («Mahmud və Məryəm», Elçin)

10. M.B.Bağırov - («Ölüm hökmü», Elçin)

11. Mkrtıç – («Hacı Qara», Mirzə Fətəli Axundov)

12. Piri Baba - («Qaraca qız», Süleyman Sani Axundov, Abdulla Şaiq)

13. Salur Qazan - («Dədəm Qorqud», Əbdüləzəl Dəmirçizadə)

14. Əmir Şeyxzamanov – («Mənim ağ göyərçinim, Tamara Vəliyeva)

15. Vətən – («Yaddaş ağrısı», Hüseynbala Mirələmov)

16. Zəvvarbaşı – («Məkkəyə gedən yol» C.Məmmədquluzadə)