Qasımov Tariyel İskəndər oğlu
( Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı )
Aktyor
4 fevral 1939-cu ildə Ağstafa rayonunun Köçəsgər kəndində doğulub.
24 iyun 1964-cü ildə Azərbaycan Dövlət Teatr institutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib.
Əvvəllər Akademik Milli Dram teatrında aktyor işləyib.
1 oktyabr 1964-cü ildən (müəyyən fasilə ilə) Gənc Tamaşaçılar Teatrının aktyorudur.
Bir neçə tamaşanın quruluşçu rejissorudur.
9 fevral 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti,
22 may 1991-ci ildə Xalq Artisti fəxri adları ilə təltif olunub.
1 aprel 2005-ci ildən Prezident təqaüdçüsüdür.
Əsas rolları:
1. Cəlal, Bəxtiyar – («Koisomol poeması», İskəndər Coşğun)
2. Söhrab - («Söhrab və Rustəm», İskəndər Coşğun)
3. Zaur – («Yadındamı», Altay Məmmədov)
4. Pərviz – («Sən nə üçün yaşayırsan?» İmran Qasımov, Həsən Seyidbəyli)
5. Kazım – («Məhəbbət novellası», Şamil Xurşud, Əşrəf Hacıyev)
6. Meşədi Əzizbəyov – («26 Bakı komissarları» İskəndər Coşqun)
7. Polkovnik – («Kiçik torpaqda üç gün» Şamil Xurşud)
8. Zərbəliyev Səbzəli – («Məhəbbət, şeytan və lambada» Marat
Haqverdiyev)
9. Salahov – («Sevirdim, çox sevirdim» Hidayət)
10. Qədim – («Büllur sarayda» İlyas Əfəndiyev)
11. Həsənzadə - («Sən həmişə mənimləsən» İlyas Əfəndiyev)
Quruluş verdiyi tamaşalar:
1. Nəcəf Bəy Vəzirov – «Hacı Qəmbər» -İrəvan Azərbaycan Dövlət Dram
teatrı
2. Rauf İçərişəhərli – «Ruhlar qapını döyür» - Gənc Tamaşaçılar teatrı
3. İlyas Əfəndiyev – «Sən həmişə mənimləsən» - Gənc Tamaşaçılar teatrı
4. Nəcəf Bəy Vəzirov – «Yağışdan çıxdıq, yağmura düşdük» Qazax
Dövlət Dram teatrı
5. Ramiq Muxtar – «Şəhərli kürəkən» - Qazax Dövlət Dram teatrı
6. İsi Məlikzadə – «Gəl, qohum olaq» - Dərbənd Azərbaycan Dövlət
Dram teatrı
7. İ.Məlikzadə «Gəl qohum olaq» Ağdam Dövlət Dram teatrı
|