Şərifzadə Firəngiz Abbasmirzə qızı
( Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı )
6 fevral 1924-cü ildə Bakıda aktyor ailəsində doğulub.
1947-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının «vokal» şöbəsini bitirib.
Əvvəllər Musiqili Komediya Teatrında və Akademik Milli Dram Teatrında aktrisa işləyib.
8 sentyabr 1949-cu ildən (müəyyən fasilə ilə) Gənc Tamaşaçılar Teatrının aktrisasıdır.
1958-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 25 dekabr 1969-cu ildə Xalq Artisti fəxri adları ilə təltif olunub.
2001-ci ildən Prezident təqaüdçüsüdür. «Qızıl Dərviş» və «Humay» mükafatları laureatıdır.
Əsas rolları:
1. Mədinə - («Mənim nəğməkar bibim», Əkrəm Əylisli)
2. Təhminə - («Söhrab və Rüstəm», İskəndər Coşğun)
3. Anacan - («Anacan», Yusif Əzimzadə)
4. Həmidə - («Keçən ilin son gecəsi», Anar)
5. Pəri - («Sən nə üçün yaşayırsan?», İmran Qasımov, Həsən Seyidbəyli)
6. Məhsəti - («Rübailər aləmində» Məmmədhüseyn Təhmasib)
7. Ağabəyim - («Yazığam, sevmə məni» Əkrəm Əylisli)
8. Ana - («Şəhidlər» Bəxtiyar Vahabzadə)
9. Danışan - («Mahmud və Məryəm» Elçin)
10. Məşədixanım - («Ağ Dəvə» Elçin)
11. Nurcahan – («Nənənin kələyi» Əhməd Orucoğlu)
|