Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Abdullayev Mətləb
( Akademik Milli Dram Teatr )

Mətləb Fətəli oğlu Abdullayev avqust ayının 2-də Ordubad rayonunun Üstüpü kəndində anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib.

1996-cı ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilmişdir. Teatrın səhnəsində aşağıdakı rolları oynayıb. Qaraxan («Ana intiqamı» V.Babanlı), Carçı («Kral Lir» V.Şekspir), Hüseynqulu xan («Hökmdar və qızı» İ.Əfəndiyev), Şəhər əhli («Ah, Paris… Paris!..» Elçin), Topal («Fərhad və Şirin» S.Vurğun), Şahzadə Tiqran («Pompeyin Qafqaza yürüşü» N.Həsənzadə), Can («Sokratı anma gecəsi» Ç.Aytmatov), 4-cü ərizəçi («Lənkəran xanının vəziri» M.F.Axundzadə), Qurban («Aydın» C.Cabbarlı), Əbdürrəhman («Ədirnə fəthi» C.Cabbarlı), Səfi bəy («Eşq intiqam» S.S.Axundov), Halaypozan («Hələ sevirəm deməmişdilər» R. Novruz), Rozenkrants («Hamlet»V.Şekspir), 1-ci cangüdən («Varlı qadın» Ə Əmirli), Həbib bəy («Dirilən adam» Mir Cəlal), Möhnət («Xurşidbanu Natəvan» İ.Əfəndiyev), Nağı («Ölüləri qəbristanlıqda basdırın» İ.Şıxlı), Həbib bəy («Dirilən adam» Mir Cəlal), Elmi işçi («İkinci səs» B.Vahabzadə). Rza bəy («Sərgüzəşti-vəziri-xani-Lənkəran» M.F.Axundzadə), Ferdinand («Kabuslar» E.de Filippo), Şah («Məlikməmməd» nağıl tamaşa).

Aktyor «Yurd yeri» (Ordu əsgəri), «Sağ ol!» (Satıcı), «Qırmızı qar» (Suren), «Müraviyyə vəkilləri» (Neydər ağa) tele-tamaşalarında oynayıb və «Cavad xan» (Məhəmməd xan), «Vəkilin qayıdışı» (I cangüdən), «Biz qayıdacağıq» (Milyonçu) filmlərinə çəkilib.