Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Həsənova İradə
( Akademik Milli Dram Teatr )

İradə Aslan qızı Həsənova mart ayının 8-də Gəncə şəhərində doğulub. O, 1977-ci ildə Azərbaycan Dövlət İnəsənət İnstitutunun dram və kino aktyoru fakultəsini bitirmişdir.

Elə həmin ildən Sumqayıt Dövlət Dram Teatrında çalışmış və aşağıdakı rolları ifa etmişdir: Almaz ("Almaz" C.Cabbarlı), Səriyyə ("Vəfalı Səriyyə" C.Cabbarlı), At Balaxanım ("Adamın adamı" Anar), Karine ("Parisli kürəkən" A.Papayan), Zərifə ("Elbrus evlənir" G.Xuqayev), Məryəm ("Xor-Xor" S.M.Qənizadə), Zərifə ("Yaxşı adam" M.İbrahimov), Aytən ("Bayramın birinci günü" N.Hikmət), Məleykə ("İlahi komediya" İ. Ştok), Anjelina ("Sərbəst mövzu" A.Çxayıdze), Nelli ("Uca dağ başında" V.Səmədoğlu), Kəmalə ("Bir cüt bədmüşk ağacı" Ə.Əylisli), Klava ("Poladəridənlər" G.Bokarev), Gəlin ("Dəyirman" M.Süleymanlı), Zərifə ("Əsrə bərabər gün" Ç.Aytmatov), Aparıcı ("Qoy bütün şərq bilsin" N.Həsənzadə), İlçay ("Afət" H.Cavid), Sevil Qazıyeva ("Mənim arxalandığım" N.Xəzri), Gülnaz ("Tamahkar" S.S.Axundov), Stella ("İstək tramvayı" T.Ulyams), Həlimə ("Doğmalar" Ə.Əylisli), Kama ("Bağdada putyovka var" Ə.Əylisli), Xalidə Yunusova "On üçüncü sədr" A.Abdulin), Məhbus ("Məktub" İ.Karaçenko), Bonka ("Dörd əkiz " P.Pançev), Sədəf ("Muradın kələkləri" T.Kazımov) . 1990-cı ildən Akademik Milli Dram Teatrında çalışan İradə Həsənova, müxtəlif səpgili obrazlarda çıxış etmişdir.

Amelya ("Dişi canavar" Q.Lorka), Zivər ("Anamın kitabı" C.Məmmədquluzadə), Nərgiz ("Hara gedir bu dünya" B.Vahabzadə), Paulina ("Kəllə" N. Hikmət ),Zeynəb ("Ölülər" C.Məmmədquluzadə), İnci ("Ulduz, yaxud Ədirnə fəthi" C.Cabbarlı), Səadət ("Sokratın anma gecəsi" Ç.Aytmatov), X.Qoca ("Hərənin öz payı"- Falçı), Banuçiçək ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), Cavahir ("Eloğlu" A.Şaiq), Luiza ("Mesenat" Ə.Əmirli), Qoqolla ("Kaş araba aşmayaydı" O.İoseliani), Əbəçə ("Uçqun" T.Cücenoğlu), Qapıçı qadın, Müqəddəs Məryəm, Yaşlı qadın və Kübar qadın («Oğru cənnətdə yaxud Vinçenso de Pretore» E.de Filippo), Makarın anası («Xanuma» A.Saqareli).

Azərbaycanfilm kinostudiyasinda çəkildiyi rollar: "Kişi sözü" (Ağca) ,"Bu gözəl-gözəl dünya"(Qadın), "C.Cabbarlı" Sənədli film (Almaz), "Məxfi plan" (Afaq).

Azərbaycan Dövlət Televiziyasinda çəkildiyi televiziya tamaşalari: Ş.Səfərov "Qu quşunun məhəbbəti" (Tünzalə), E.Mehrəliyev "Yurd yeri"( Professorun arvadı), N.Hikmət "Şöhrət və unudulan adam" (Qadın), R.N.Güntəkin "Dodaqdan qəlbə" (Nemət).