Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Şirinov Aslan
( Akademik Milli Dram Teatr )

Aslan Adil oğlu Şirinov aprel ayının 25-də Bakıda anadan olmuşdur.1996-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "dram və kino aktyoluğu" fakültəsini bitirmişdir. 1998-ci ildən Akademik Milli Dram Teatrına aktyor götürülən Aslan Şirinov, teatrın səhnəsində aşağıdakı rolları oynamışdır: Aparıcı ("Ah, Paris... Paris!.." Elçin), Aparıcı ("Şıltaq şahzadənin nağılı" nağıl-tamaşa), Şeytan ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), Höqqabaz ("Mənim sevimli dəlim" Elçin), Səkinənin əri ("Bu dünyanın adamları" Hidayət), Oğul ("Mənim ərim dəlidir" Elçin), Rəhman ("Dar ağacı " B.Vahabzadə), Aktyor və Ozrik ("Hamlet" V.Şekspir), Kəndli ("Fərhad və Şirin" S.Vurğun), Sərkərdə ("Şah Edib" Sofokl ), Erməni ("Ana intiqamı" V.Babanlı), Heydər ("Lənkəran xanının vəziri" M.F.Axundov), Cəllad ("Sokratı anma gecəsi" Ç.Aytmatov), Xor dirijoru ("Hərənin öz payı" X.Qoca ),

Leandr ("Skapenin kələkləri" J.Molyer), Qara ("Varlı qadın" Ə. Əmirli ), Tülkü ( "Bahar qızı" nağıl-tamaşa ), Oqtay ("Afət" H.Cavid ) Əli bəy ("Ölülər" C.Məmmədquluzadə ), Fərəc bəy ( "Xurşidbanu Natəvan" İ.Əfəndiyev ), Gödək ( "Dirilən Adam" Mir Cəlal ), Baloğlan ( "Eloğlu" A.Şaiq ), Yusif ("Şeyda" H.Cavid), Lisanoviç ("Qarabağnamə" İ.Əfəndiyev), Oğul ("Teleskop" Elçin), Qastone ("Kabuslar" E.de Filippo), Şirməmməd ("Məlikməmməd" nağıl tamaşa), Loperello ("Don Juan və həndəsə" M.Friş).

Aktyor Azərbaycan Dövlət televiziyasında hazırlanan "Dəvətnamə" (Həmid), "Bir yay günü"

tamaşada iştirak etmişdir.