Amanova Almaz
( Akademik Milli Dram Teatr )
Almaz Hüseyn qızı Amanova noyabr ayının 29-da Sumqayıt şəhərində anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Aktrisalıq fəaliyyətinə 1987-ci ildən Sumqayıt Dövlət Dram Teatrında başlayıb və bu teatrinda silsilə rollar oynayıb. Nəzifə («Uca dağ başında» V.Səmədoğlu), Bonka («Dörd əkiz» P.Pançev), Pişik («Öz xoşuna yaşayan pişik» R.Kiplinq), Ayatın anası («Dəyirman» M.Süleymanlı), Sonka («Diribaş adamlar» V.Şukşin), Mələk («Müvəqqəti ər» R.N.Güntəkin), Arinina («Uşağa bir «3» yazın» A.İvaşenko), Mehran («Qınamayın məni» Ş.Arif), Gülnarə müəllimə («Dərs» R.Səməndər), Saimət («Varlı ev» G.Xuqayev), Gülçöhrə («Arşın mal alan» Ü.Hacıbəyov), Həlimə («Yanmış evin nağılı» A.Həsənoğlu), Şərəfnisə («Müsyö Jordan və dərviş Məstəli şah» M.F.Axundzadə), İkinçi aktyor («Portret cizgiləri» S.Rüstəmxanlı), Saimət («Varlı ev» G.Xuqayev), Gülçöhrə («Arşın mal alan» H.Hacıbəyov), Şərəfnisə («Müsyö Jordan və dərviş Məstəlişah» M.F. Axundzadə), Ceyran xanım («Xacə şah» J.Kevr), Bahar («Kimdir müqəssir?» Ə.Haqverdiyev), Nisə xanım («Lənkəran xanının vəziri» M.F.Axundzadə), Sevinc («Krallar» A.Babayev), Qəndab («Subaylarınızdan görəsiniz» İ.Məlikzadə).
Almaz Amanova 1999-cu ildən Akademik Milli Dram Teatrının aktrisasıdır. Onun teatrın səhnəsində oynadığı rollar bunlardır: İkinci qız («Sokratı anma gecəsi» Ç.Aytmatov), Şiranə və Çiçək («Burla Xatun» N.Xəzri), Zulya («Bu dünyanın adamları» Hidayət), Rəqqasə («Aydın» C.Cabbarlı), Şəmsə («Ədirnə Fəthi» C.Cabbarlı), Zulya («Bu dünyanın adamları» Hidayət), Siyan Şi («Özümüzü kəsən qılınc» B.Vahabzadə), Arikiya («Fedra» J.Rasin), Fizzə («Dirilən adam» Mir Cəlal), Müxalifətçi qız («Hərənin öz payı» H.Qoca), Brüsselli qadın («Brüsseldən məktublar» H.Həsənov), Səltənət bəyim («Hökmdar və qızı» İ.Əfəndiyev), Güləndam («Ölüləri qəbristanlıqda basdırın» İ.Şıxlı), Həyat («İkinci səs» B.Vahabzadə), Gövhər («Füzuli və Əsmər» M.M.Seyidzadə), Fizzə («Dirilən adam» Mir Cəlal), Nəzakət («Boy çiçəyi» İ.Əfəndiyev).
Aktrisa «Sürəyya» (Gülçöhrə), «Hücum» (Hamilə qadın), «Mənim ağ şəhərim» (Nərgiz), «Ağ dünya» (Ana), «İtmiş pay» – İran (İradə), «Silah» – Mosfilm (Kənd qadını ), «Ünvansız qız» (Gülnarə), «M.F.Axundov» (Fətəlinin analığı), «Sirr» (Suğra xala), «Qaçaq Süleyman» (Süleymanın həyat yoldaşı), «Bəsdir, ağlama!» (Əsir qadın), «Əlavə təsir» (Xatirə), «Tacirlər» – İran (Nərgiz), «Döngələr» (Sənəm), «Qaranlıqlar çiçəyi» – Türkiyə (Səriyyə) teleseriallara, bədii və televiziya filmlərinə çəkilib.
|