Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Dövlət teatrları




Naxcıvan Dövlət Kukla Teatrı

Azərbaycan hökümətinin 14 sentyabr 1989 il tarixili qərarı ilə yaradılmışdır.

Teatrda Ə.Abbasovun «Keçinin qisası» (A.Şaiqin «Şəngülüm, Şüngülüm, Məngülüm» nağılının motivləri əsasında), T.Ağayevin «Cırtdanın kələyi» (1900), Ç.Ələsgərovun «İbrət dərsi» (Nizami Gəncəvinin «Sirlər xəzinəsi» poemasının motivləri əsasında), C.Məmmədquluzadənin alleqorik «Çay dəsgahı» (1991), Ə.Qasımovun «İnanmayaq tülkülərə» (A.Şaiqin «Tülkü həccə gedir» əsərinin motivləri əsasında, 1992), K.Ağayevanın «Göyçək Fatma» (1993), «Tıq – tıq xanım» (1994), və «Məlik Məmməd» (1995; xalq nağıllarının motivləri əsasında), C.Kərimovun «Nəğməkar bülbül» (1997; xalq nağılının motivləri əsasında), A.Ağaqızının eyniadlı xalq nağılının motivləri əsasında səhnələşdirdiyi «tənha Əhməd» (1999).

V.Rzayevin «Cəsur dovşan» (2000) əsərləri tamaşaya qoyulmuşdur. Teatr uşaq və yeniyetmələrin milli mənəvi – əxlaqi dəyərlər ruhunda tərbiyəsində, dünyagörüşlərinin formalaşmasında mühüm rol oynayır. Bakıda (1991), Türkiyə Respublikasının Ərzurum vilayətində (1994), İzmir şəhərində (1995) və Van vilayətində (1997), İran İslam Respublikasının Urmiya şəhərində (1994) qastrol səfərlərində olmuşdur.

Aiddir: Nazirliyin tabeçiliyində

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 3

Telefon: (+994 136) 545-34-23