Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Dövlət teatrları




Lənkəran Dövlət Dram Teatrı

 

N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı – 1973-cü ildə təşkil edilmiş, fəaliyyətə "Yaxşı Adam" (M.İbrahimov) tamaşası ilə başlamışdır.

Lənkəran Dövlət Dram Teatrı 30-40-cı illərdə Azərbaycanın Lənkəran şəhərində fəaliyyət göstərmişdir.

Teatrın repertuarına Azərbaycan və xarici ölkə dramaturqlarının əsərləri daxildir. "Vaqif" (Səməd Vurğun), "Lənkəran xanının vəziri", "Molla İbrahimxəlil kimyagər" (Mirzə Fətəli Axundov), "Qış nağılı" (V.Şekspir), "Tufan" (A.Ostrovski), "Bayramın birinci günü" (N.Hikmət), "Məhv olmuş gündəliklər", "Mahnı dağlarda qaldı", "Büllur sarayda" (İ.Əfəndiyev), "Alov" (M.Hüseyn), "Xoşbəxtlər" (S.Rəhman), "Yaşıl qapı arxasındakı qadın" (R.İbrahimbəyov), "Topal Teymur" (H.Cavid), "Cazibə qüvvəsi" (A.Sofronov), "Ölülər" (C.Məmmədquluzadə), "Nəsillər eşidin" (M.Musiyenko; Azərbaycan Lenin komsomolu mükafatı, 1977), "İntihar" (Ə.Nesin), "Pul mənim, yar mənim" (E.de Filippo), "Mahmud və Məryəm" (Elçin), "Təhminə və Zaur" (Anar). Teatrın truppasında 80-cı illərdə əməkdar artistlər B.Əlmiyeva, Q.Quliyev, K.Nəcəfov, artistlər E.Zeynalov, Ş.Mehdiyeva və b. fəaliyyət göstərmişlər. Teatrın baş rejissor əməkdar incəsənət xadimi B.Rzayevdir.

Teatrın aktyorları: Qabil Quliyev, Böyükxanım Əliyeva, Sucəddin Mirzəyev, Adil Zeynalov, Miraslan Ağayev.

Aiddir: Nazirliyin tabeçiliyində

Ünvan: Lənkəran şəhəri, Qala xiyabanı, 14

Telefon: (+994 171) 5-49-73