Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Dövlət teatrları




Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı

1879-cu ildə İpəkçilər şəhəri olan Şəkidə ilk dəfə, barama ambarında, maarifpərvər yazıçı Rəşidbəy Əfəndiyevin təşəbbüsü ilə M.F.Axundovun "Hacı Qara" komediyası yerli həvəskarlarla tamaşaya qoyulmuşdur.

1975-ci ildə mərhum rejissor Vaqif Abbasovun və direktor Nazim Bilalovun rəhbərliyi ilə yeni Dövlət Teatrı yaranmış və az müddət ərzində böyük uğurlar qazanmışdır.

1977-ci ildə Bolqar dramaturgiyası festvalında R.Stayanovun "Ustalar" əsəri ilə çıxış edən teatr festifalın baş mükafatına layiq görüldü və Bolqarıstana dəvət aldı.

1978-ci ildə Macar dramaturqu Şandor Petefinin "Pələng və kaftar", 1980-cı ildə Alman dramaturqu Bartold Brextin "Arturo U-nin karyerası", 1981-ci ildə Polşa dramaturqu Çapekin "Ağ xəstəlik", 1982-ci ildə Rumıniya dramaturqu M.Sebastyanın "Adsız ulduz" əsərləri ilə dalbadal festifallarda çıxış edən teatr bütün festifalların qalibi olaraq teatr tarixinə öz imzasını atdı.

130 il ərzində teatr həm Azərbaycan, həm də dünya klassiklərinin əsərlərinə səhnə tərtibatı vermiş və öz dəsti xətti ilə Amerika, Avropa və Asiyada şöhrət qazanmışdır.

Ünvan: Şəki şəhəri, Məmməd Əmin Rəsulzadə, 197

Telefon: (994 177) 4 36 92