Mingəçevir Dövlət Dram Teatrı
1968-ci ildə təşkil edilmişdir. (1974-cü ildən M.Davudova adını daşıyır). 1969-cu ildəCəfər Cabbarlının "Almas" pyesi ilə açılışı olmuşdur.
Teatrın repertuarında klassik və müasir dramaturqların pyesləri geniş yer tutur. Ən yaxşı tamaşaları: "Kəndçi qızı" (M.İbrahimov), "Mahnı dağlarda qaldı", "Unuda bilmirəm" (İ.Əfəndiyev, "Eşq və intiqam" (S.S.Axundov), "Müfəttiş" (N.V.Qoqol), "Hacı Qara" (M.F.Axundov), "Aydın", "Solğun çiçəklər" (C.Cabbarlı), "Haray" (İ.Hüseynov), "Ölülər" (C.Məmmədquluzadə), "Yol kənarı" (M.Zarudni), "Qütb ulduzu" (N.Xəzri), "Sərt oyunlar" (A.Arbuzov), "Duman çəkilir" (S.Azəri), "Pəri cadu" (Ə.B.Haqverdiyev), "Günəşli yer" (V.Vinniçenko) və b. 80-cı illərdə teatrda əməkdar artist V.Məmmədov, N.Rzayeva, artistlər K.Əliyeva, İ.Əlimov, H.Hörmətzadə, T.Şərifov və b. fəaliyyət göstərmişlər.
Teatrın baş rejissoru R.Almuradov idi. İndi baş rejissor Z.Q.Abbasovdur.
|