Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Dövlət teatrları



Gəncə Dövlət Kukla Teatrı (GDKT)

 

1986-cı ilə qədər xalq teatrı kimi fəaliyyət göstərmişdir. Azərbaycan SSRİ Nazirlər Sovetinin 18 oktyabr 1986-cı il tarixli 299 nömrəli qərarı ilə Dövlət statusu almışdır. Bu müddət ərzində teatrda 100-dən artıq tamaşa hazırlanmışdır.

Teatrın kollektivi Şərq Xalqları Kukla Teatrları Festivalında (Almatı, 1994), Birinci Beynəlxalq Kukla Teatrları Festivalında (Kutaisi, 1996), Kukla və Kölgə Oyunları Festivalında (İzmir, 1999, 2001, 2003), «Ən Yaxşı Uşaq Tamaşaları» Festivalında (Bakı, 2000), Beynəlxalq Qaragöz Kukla və Kölgə Teatrları Festivalı (Bursa, 2001), «Sehrli pərdə» Uşaq Tamaşaları Festivalı (Torqoviş, 2005), «Milli Klassiklər Kukla Teatrlarının Səhnəsində» Festivalında ( İvano-Frankovsk, 2005), Kukla Teatrları Həftəsi (Bakı, 2008) Azərbaycan Respublikasını təmsil etmişdir.

Cari repertuar: N.Gəncəvi «Xeyir və şər», M.F.Axundov «Xırs quldurbasan», S.S.Axundov «Qaraca qız», A.Şaiq «Fitnə», R.Əlizadə «Keçəlin toyu», R.Həsənli «Ağca və qaraca», rus xalq nağılı əsasında «Qoğal», F.Tarıverdiyev «Oğul-noğul», N.Kasio «İki dəcəl şirciyəz», Xalq əfsanəsi əsasında «Qız qalası».

Dövlət sifarişləri: X.Əlibəyli «Aycan», M.Seyidzadə «Billur qəsr»

Ştat cədvəli üzrə: 38 nəfər

Fəxri adlar: 1 nəfər

Yaradıcı heyət: 12 nəfər

Prezident təqaüdçüləri: yox

Prezident mükafatçıları: yox