Dövlət teatrları
Qax Gürcü Dövlət Dram TeatrıQax rayonu Əlibəyli kənd Mədəniyyət evində 1981-ci ildə gürcü dram dərnəyi yaradılmışdır. Kollektiv 1985-ci il mayın 31-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının 41 saylı qərarına əsasən «Xalq teatrı» adını almışdır. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2004-cü il tarixli 551 saylı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral 2005-ci il tarixli 54-cü saylı Sərəncamlarına müvafiq olaraq teatra Dövlət statusu verilmişdir. Aiddir: Nazirliyin tabeçiliyində Ünvan: Qax şəhəri, Əlibəyli kəndi Telefon: (+994 144) 5-51-68
|