Azərbaycan Dövlət Pantomima Teatrı
Azərbaycan Dövlət Pantomima Teatrı Azərbaycan mədəniyyəti tarixində ilk pantomima teatrıdır. Lakin Azərbaycanın folklor teatrında pantomima üslublu "Laloyunu" deyilən bir oyun növü də mövcud olub ki, burada aktyorlar yalnız mimikaların köməyilə tamaşa göstəriblər. Bu baxımdan "Laloyunu" milli pantomima variantı kimi götürülə bilər.
Azərbaycan Dövlət Pantomima Teatrı, ilk növbədə, "Dəli yığıncağı" Pantomima teatr-studiyası kimi 1994-cü ildə yaradılıb və Gənc Tamaşaçılar Teatrının nəzdində müəyyən müddət məskunlaşıb. 2002-ci ildə teatra Dövlət statusu verilib. Hal-hazırda teatr "Azadlıq" prospekti, 49-da yerləşən köhnə "Şəfəq" kinoteatrının binasında fəaliyyətini davam etdirir. Sərbəst xoreoqrafik etüdlərlə pantomima sənətinin kəsişdiyi nöqtədə işləyən teatr Gürcüstanda, Ukraynada, Rusiyada, Türkiyədə, İranda, Fransada, Almaniyada, Avstriyada, Misirdə, Finlandiyada, İsveçrədə və dünyanın bir sıra digər ölkələrində ya festivallar, ya qastrol səfərləri çərçivəsində öz orijinal tamaşaları ilə Azərbaycana başucalığı gətirib.
Aiddir: Nazirliyin tabeçiliyində
Ünvan: Bakı şəhəri, Azadlıq, 49
Telefon: (+994 12) 441-47-56
Faks: (+994 12) 441-47-59
|