Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Dövlət teatrları




Azərbaycan Dövlət Musiqili Komediya Teatri

Operetta trupppası OBT-nin nəzdində olanda, 1938-ci il aprelin 5-dən 15-dək SSRİ-nin paytaxtı Moskvada Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadası keçirilib. Ongünlükdə Üzeyir bəy Hacıbəyovun "Koroğlu", Müslüm Maqomayevin "Nərgiz", Reynqold Qlierin "Şahsənəm" operaları ilə bərabər, Üzeyir bəyin "Arşın mal alan" operettası da göstərilib. Tamaşa Moskvada böyük uğur qazanıb. Bu elə vaxt idi ki, teatrın operettaya meyilli aktyorları tədricən musiqili komediya truppası kimi fəallaşmışdılar. Rus bölməsi isə Rus Musiqili komediya Teatrı kimi daha müstəqil yaradıcılıq yolu tutmuşdu.

Moskvada musiqili teatr rejissoru ixtisasına yiyələnmiş Soltan Dadaşov bəstəkar Zülfüqar bəy Hacıbəyovun "Evliykən subay" operettasını yeni redaksiyada işlədi və onu tamaşaya qoydu. İlk tamaşa 1938-ci il 30 mayda "Rote Fane" (indiki Nizami adına park) mədəniyyət və istirahət parkinda göstərildi. Afişalarda və proqramın yuxarı hissəsində "Azərbaycan Dövlət Musiqili Komediya Teatrı" sözləri yazılmışdı.

1941-ci il iyun ayının 22-də Faşist Almaniyası SSRİ-yə hücum etdi. Hökumətin qərarı ilə teatrın fəaliyyət - iş prinsipi yenidən quruldu. Kollektivə "Aqitteatr" (Azərbaycan Dövlət Agitasiya Teatrı) funksiyası verildi.

Kollektiv bir il səyyar təbliğat teatr truppası kimi fəaliyyət göstərib. Dəstə yığcam alındığına görə bəzi aktyorlar başqa teatrlara getməli olublar. Nəhayət, hökumət 29 avqust 1942-ci ildə təbliğat teatrının yenidən Azərbaycan Dövlət Musiqili komediya Teatrı adlandırılması barədə əmr verdi. Şəmsi Bədəlbəyli aprel ayının 27-də teatra direktor və bədii rəhbər təyin edildi.

ADMkT-yə 1943-cü ilin avqust ayında nasir-dramaturq, publisist, "Molla Nəsrəddin" jurnalının banisi Cəlil Məmmədquluzadənin adı verildi.

1946-1949-cu illərdə müasir mövzular istiqamətində axtarışlar aparan teatr müəyyən nailiyyətlər qazana bilib. Teatrın repertuarına 1946-cı ildə dramaturq Məhərrəm Əlizadənin və bəstəkar Fikrət Əmirovun "Gözün aydın", 1948-ci ildə Sabit Rəhman və Süleyman Ələsgərovun "Ulduz" musiqili komediyaları daxil edilib.

1954-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrını yaratmağa hazırlıq prosesi və təşəbbüs kimi Dənizkənarı bulvarın nəzdində "Musiqili komediya teatrı ansamblı yaradıldı.

Teatr 1949-cu və 1956 - 1960-cı illərə qədər yay aylarından öz tamaşalarını Ordubadi adına, Cabbarlı adına Yay teatrlarında və Yay bağında oynayıb. Bununla bərabər, Muskomediya yay mövsümlərində Dağüstü, Nizami, Dzerjinski (İndiki Şuşa) parkiarında da tamaşalar göstərirdi. 1946 - 1948-ci illərdə teatrın rus bölməsi müstəqil Azərbaycan Dövlət Rus Operetta Teatrı kimi qış aylarında Azadlıq (indiki Səməd Vurğun) küçəsində yerləşən Zabitlər evində, yay mövsümündə isə müxtəlif yay teatrlarında tamaşalar oynayıb.

Bununla belə, 1968 - 2004-cü illər ərzində MKT-nin repertuarında səriştəli bəstəkarların təzə musiqili komediyalar və bu janrda ilk addımlarını atan bəstəkarların əsərləri özünə yer tapıb. Oynanılan tamaşaların xeyli qismıni həm mətncə, həm də musiqi işlənməsinə görə və rejissor quruluşu, aktyor ifaları baxımından qüsurlu olub. Lakin bədii cəhətdən maraq doğuran, müəyyən sənətkarlıq xüsusiyyətləri ilə diqqəti çəkən tamaşalar da olub. Bu qəbildən "Haradasan, ay subaylıq? (Salam Qədirzadə və Süleyman Ələsgərov. 1968), "Nənəmin şahlıq quşu" (Əliağa Kürçaylı və Vasif Adıgözəlov. 1971) "Həmişəxanım" (Salam Qədirzadə və Süleyman Ələsgərov 1971), "Hicran" (Sabit Rəhman və Emin Sabitoğlu. 1973) "Şəngülüm, Şüngülüm, Məngülüm" (uşaq tamaşası. Nağıl əsasında Ramiz Heydərin librettosu. Bəstəkar Oqtay Zülfüqarov. 1974), "Təzə gəlin" (Seyfəddin Dağlı və Cahangir Cahangirov. 1975) və sairə musiqili komediyalarını qeyd etmək olar.

Aiddir: Nazirliyin tabeçiliyində

Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva, 8

Telefon: (+994 12) 498-49-17, (+994 12) 498-49-19

Faks: (+994 12) 498-13-21