Orxan Fikrətoğlu
Orxan Fikrətoğlu 1966-cı ildə Bakı şəhərində anadan olub. 1983-1991-ci illərdə Moskva şəhərindəki Dünya Ədəbiyyatı İnistitutunu bitirib. Müxtəlif dövrlərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının, Dövlət kino komitəsinin, AzərTelefilmin, "Günay" qəzetinin baş redaktoru işləyib. Dövlətlər arası MİR Teleşirkətinin direktor müavini olub. Hazırda Mozalan satirik kinojurnalının direktoru və ANS Teleşirkətinin baş icmalçısıdır. Yeddi bədii nəsr kitabının, üç publisistik kitabın müəllifidir.
İlk hekayəsi 1981-ci ildə "Kirpi" jurnalında çap olunub. Ondan sonra dövri mətbuatda yüzlərlə hekayə, povest və publisistik yazılar çap etdirib. Onlarla bədii filmin ssenari müəllifidir. Əsərləri İran, Türkiyə, Bolqarıstan, İsveç və bir çox dünya ölkələrində çap olunub. "Yeddi" romanı Almaniyada mükafata layiq görülüb. Onun hekayələri OKSFORD Universitetinin dərsliklərinə salınıb. Bir sıra Respublika mükafatları laureatıdır. Hekayələri "Dünya Nəsr Antalogiyası"na düşüb.
Orxan Fikrətoğlunun, "TAS", "Qıyığın ölümü", "Şəkilçi və şəkilçi " pyesləri ölkə teatrlarında səhnələşdirilib.
Orxan Fikrətoğlu Bəxt Üzüyü (1991) (Ramiz Əzizbəyli və Vaqif Səmədoğlu ilə birgə), "Qəzəlxan" (1991), "Səs" (1993) , "Ümid" (1995), "Yük" (1995), "Solaxay" (1996), "Ağ Kətandakı Adam" (1998), "Ailə" (1998).
"Xalça Nəğməsi" (1998) (Film I Beynəlxalq Yalta Kinofestifalının baş mükafatını alıb), (Ssenari müəllifi, rejissor).
"Qız Qalası" (2000), "Ərazi" (2006), (Ssenari müəllifi, rejissor), "Yalan" (2006), "Kəpənək" (2007) filmlərinin ssenari müəllifidir – "Qəzəlxan" (1991) və "Ailə" (1998) filmlərinin isə redaktorudur.
|