Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Dramaturgiya və teatr   Dramaturqlar



Hacıbəyli Ceyhun Əbdülhüseyn oğlu
(1891 - 1962)

1891-ci ildə fevral ayının 2-də məşhur Hacıbəylilər qardaşları – Üzeyir, Zülfüqarın ailəsində anadan olmuşdur. Qədim Şuşa qalasının füsunkarlığı və ailənin savadlılığı Ceyhuna da təsir etmişdir. İlk təhsilini Şuşada alan C. Hacıbəyli sonra təhsilini Bakıda başa vurmuş, Peterburq universitetinin hüquq fakultəsinə daxil olmuşdur. Burada o, bir il təhsil alır. Bir ildən sonra Paris şəhərində Sorbanna universitetinə dəyişilir və siyasi biliklər məktəbində təhsilini davam etdirir. Burada təhsillə yanaşı, jurnalistlik fəaliyyətini də davam etdirir. Parisdən tez-tez qardaşı Üzyeir bəy Hacıbəyliyə məqalələr göndərir və bu məqalələr «Baku», «Kaspi» qəzetlərində çap olunur.

Ömrünün çox hissəsini Parisdə keçirmiş C. Hacıbəylinin həyat yolu çox qarışıq keçib. 1928-ci ildə «Azərbaycan» qəzetini idarə edib və «Azərbaycan» adlı məqaləsində qəzetin təsisində yaxından iştirak edən Nəsib bəy Yusifbəyli, Şəfi bəy Rüstəmbəyli, Ələkbər bəy Rafibəyli və başqalarının adlarını fəxrlə çəkir. 1919-cu il yanvar ayının birinci ongünlüyündə musavat partiyası adından Əlimərdan Topçibaşovun rəhbərliyi altında Versal sülh konfransına göndərilən nümayəndə heyəti tərkibində Geyhun Hacıbəyli də var idi. Elə bu ildən də o, ömrünün sonuna qədər Parisdə yaşayıb yaratmışdır.

Azərbaycanda yaşadığı dövrdə C. Hacıbəylinin bir sıra məqaləsi Azərbaycan klasskilərinin və onun müasirlərinin yaradıcılığına həsr olunmuşdur. S. Ə. Nəbati, M. F. Axundov, M. Ə. Sabir, Divanbəyoğlu, Həsən bəy Zərdabi, Ə. B. Haqverdiyev, N. B. Vəzirov, İ. Qaspirinski haqqındakı məqalələri daha maraqlıdır. Azərbaycan klassiklərindən başqa türk şairi Tofiq Fİkrət, tatar şairi Abdulla Tukay və başqaları haqqında da məqalələr yazmışdır.

C. Hacıbəyli bədii ictimai siyasi yaradıcılığında tərcüməyə də böyük maraq göstərmişdir. 1909-cu ildə Turgenevin «Pulsuzluq» komediyasını dilimizə tərcümə etmişdir. Bu tərcümə əsəri Ceyhun Hacıbəylinin bir dramaturq-tərcüməçi kimi yüksək istedadından xəbər verir. Əlimizdə olan arxiv sənədlərindən aydın olur ki, o, mühaçirətdə də tərcüməçilik işini çox sevmiş və xeyli gözəl əsərlərimizi fransız, ingilis dillərində çevirmişdir. O, Azərbaycan ədəbiyyatından, tarixindən, etnoqrafiyasından, mədəniyyətindən, ayrı-ayrı yazıçıların həyat və yaradıcılıqlarından tərcümə edərək fransız oxucularına çatdırmışdır. Üzeyir bəy Hacıbəylinin «Arşın mal alan» komediyası məhz Ceyhun bəyin tərcüməsində 1925-ci il iyun ayının 4-də Parisin «Femins» teatrında səhnəyə qoyulmuşdur. Fransız oxucularına Hüseyn Cavid, C. Cabbarlı kimi şair-dramaturqlarımızı da C. Hacıbəyli tanıtmışdır.

Ceyhun Əbdülhüseyn oğlu Hacıbəyli 1962-ci ildə Parisdə vəfat etmişdir.