Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Dramaturgiya və teatr   Dramaturqlar



Nəbi Xəzri

1924-cü il dekabrın 10-da Bakı yaxınlığındakı Xırdalan kəndində anadan olmuşdur. Orta təhsilini Xırdalanda alan N. Xəzri sonra Moskvada M. Qorki adına Ədəbiyyat institutunda oxumuşdur. 1944-cü ildən isə o şeirlərini ardıcıl olaraq dövrü mətbuat səhifələrində dərc etdirir.

N. Xəzrinin ilk şeirlər kitabı 1950-ci ildə «Çiçəklənən arzular» adı ilə çapdan çıxmışdır. Ümumiyyətlə onun «Sülh əsgəri» (1951), «Salxım söyüdlər» (1957), «Vətən və qürbət» (1958), «Kim məni xatırlasa» (1960), «Dəniz, göy, məhəbbət» (1965) və başqa kitabları nəşr edilmişdir.

O, «Təmiz ürək», «Sən laylay deyəndə», «Qara dəniz nəğməsi», «Günəşdə ləkə», «təbəssüm və göz yaşları», «Şairin faciəsi», «Sumqayıt səhifələri», «Kiçik təpə» poemalarının da müəllifidir. 1970-ci ildə isə «Günəşin bacısı», «İki Xəzər» poemalarına görə Lenin komsomolu mükafatı almışdır.

N. Xəzrinin otuza yaxın şeirlər kitabı Azərbaycan, rus və digər SSRİ xalqlarının dillərində çapdan çıxmışdır. Onun şeir və poemaları bolqar, çex, türk, fars və başqa dillərlə də tərcümə edilmişdir.

Onun ilk dram əsəri «Sən yanmasan» Azərbaycan Dövlət Akademik dram teatrında 1972-ci ildə tamaşaya qoyulmuşdur.

O, tərcüməçiliklə də məşğul olmuşdur. N. Xəzri M. Lermontovun, D. Quralenşvili, A. Tvardovski, A. Prokofyev, Ə. Şükuhi və başqa şairlərin bir sıra şerlərini Azərbaycan dilinə tərcümə etmişdir.

Azərbaycan Əməkdar incəsənət xadimi (1979), xalq şairi (1984), SSRİ Dövlət mükafatı laureatı (1973), Azərbaycan Dövlət mükafatı laureatıdır (1982).