Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Dramaturgiya və teatr   Dramaturqlar



Əli Əmirli

Əli Əmirli (Əli Məmməd oğlu Əmirov) 1948-ci ildə Ağdamda anadan olub. ADU-nu bitirib. 1971-ci ildən mətbuatda bədii əsərləri ilə çıxış edir. "Meydan", "Axirətdən qabaq gəzinti", "Ölü doğan şəhər" romanlarının, ümumiyyətlə, hekayə, povest və romanlardan ibarət 7 kitabın müəllifidir. 1990-cı ildən dramaturgiya ilə məşğuldur. Məşhur "Bala başa bəla", "Köhnə ev", "Ağqoyunlular və qaraqoyunlular", "İyirmi ildən sonra", "Varlı qadın" və s. pyeslərin müəllifdir. İyirmidən çox pyesi ölkə teatrlarında tamaşaya qoyulub. 2006-cı ildə "15 pyes" adlı kitabı nəşr edilib. Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir. 2000-ci ildə ədəbi uğurlarına görə "Humay İlahəsi" mükafatına layiq görülüb.

Əli Əmirli 1971 – ci ildən ədəbi yaradıcılıqla məşğul olur. Bu illər ərzində onun onlarla hekayəsi, povest və romanları dövri mətbuatda, o cümlədən "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan" jurnallarında dərc edilmişdir. "İldırımötürən", "Axirətdən qabaq gəzinti", "Haram", "Meydan", "Sonalar gölü", "Bir il", "Ərizə", "Tapança", "Ölü doğan şəhər" kimi roman və povestlərin və iyirmidən yuxarı hekayənin müəllifidir.

Əli Əmirli 1990-cı ildən başlayaraq dramaturji yaradıcılıqla məşğuldur. Onun pyesləri ölkənin əksər teatrlarında, o cümlədən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Dövlət Musiqili Komediya Teatrında, Dövlət Gənc Tamaşaçılar Teatrında, Dövlət Gənclər Teatrında, habelə Sumqayıt, Gəncə, Şəki, Lənkaran, Qazax, İrəvan, Mingəçevir, Qusar Dövlət Teatrlarında tamaşaya qoyulmuşdur. Ə.Əmirlinin "Onun iki qabırğası" komediyası Tbilisidə, "Varlı qadın" pyesi isə Tacikistanda V.Mayakovski adına Dövlət Rus Dram Teatrında (rus dilində) və Vohidov adına Tacikistan Dövlət Gənclər Teatrında tacik dilində tamaşaya hazırlanmışdır. Vohidov teatrının tacik dilində hazırlanmış tamaşası Almatada keçirilmiş Yaxın Şərq ölkələrinin ll Beynəlxalq Teatr festivalında iki nominasiya üzrə mükafata və qızıl medala layiq görülmüşdür. Elə həmin festivalda digər teatrların diqqətini cəlb edən "Varlı qadın" 2009-cu ildə Qırğızıstanın paytaxtında A.Umuraliyev adına Bişkek şəhər dram teatrında rus və qırğız dillərində tamaşaya qoyulmuşdur. Həmin əsər üzərində Qazaxıstanın yeni paytaxtı Astanada M.Qorki adına Rus Dövlət Dram Teatrında tamaşa hazırlanır. Dramaturqun əsərləri rus, türk, tacik, qazax, qırğız və sair dillərə tərcümə olunmuşdur. Ə.Əmirlinin 1993-cü ildə yazdığı "Bala bəla sözündəndir?" komediyası əsasında çəkilmiş "Bala – başa bəla" televiziya tamaşası (1995-ci il) Azərbaycan televiziyası (AzTV) və ölkənin digər televiziya kanalları ilə dəfələrlə nümayiş etdirilmiş və böyük populyarlıq qazanmışdır .Yaradıcılıq uğurlarına görə Əli Əmirli 2000-ci ildə"Humay İlahəsi" ictimai mükafatına layiq görülmüşdür. 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Ə. Əmirli 1999-cu ildən pedaqoji fəaliyyətlə də məşğuldur. Hazırda o Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Ədəbi yaradıcılıq" kafedrasının dosentidir.