Məmmədova Lina İvanovna
( Azərbaycan Dövlət Kukla Teatrı )
Məmmədova Lina İvanovna 23 aprel 1965-ci ildə Bakı şəhərində doğulub. 1972-1982-ci illərdə 242 saylı məktəbdə oxuyub. Belorusiyanın paytaxtı Minsk şəhərində Mədəni - Maarif Məktəbində özfəaliyyət rəqs kollektivinin bədii rəhbəri ixtisasına yiyələnib (1982-1984). Belorusiyanın (1985-1988), Bakı Neftayırma Zavodunun mədəniyyət evlərində müxtəlif vəzifələrdə çalışıb. Sankt-Peterburq Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Mədəniyyət Universitetini bitirib.
1993-cü ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının rus bölməsində aktrisa kimi işləyir. Yüksək dərəcəli artistdir. Teatrın səhnəsində Şarl Perronun «Göy saqqal» tamaşasında ( Qanavaş), Kamal Aslanovun «Şərq nağılı» tamaşasında (Keçi), «Qızıl almalar» tamaşasında (Simurq quşu), Aleksandr Sergeyeviç Puşkinin «Qızıl xoruz» tamaşasında (Qaraçı qız), Ələkbər Hüseynovun «Səadət quşu» tamaşasında (Aygül), Mirzə Fətəli Axundovun «Xırs quldurbasan» tamaşasında (Pərizad), Tofiq Ağayevin «Qoçaq Əhməd» tamaşasında bütün rolları, Vilhelm Qaufun «Yalançı şahzadə» tamaşasında (Şahzadə Ömər), Qrim qardaşlarının «Bremen musiqiçiləri» tamaşasında (Əsgərlər, Köməkçi), Elşad Rəhimzadənin «Nağıllar aləmində» tamaşasında (İspan qızı), Hans Xristian Andersenin «Düyməcik» tamaşasında (Düyməcik, Ana), Cani Rodarinin «Çippolino» tamaşasında (Aparıcı, Moruq, 2 albalı), Kamran Şahmərdanın «Ağ və Qara» tamaşasında (Ana, Oğlan, Mer) rollarda çıxış edib.
Hal-hazırda yüksək dərəcəli artistdir. Çox bacarıqlı və istedadlıdır.
|