Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Fətullayev Aslan Miri oğlu
( Azərbaycan Dövlət Kukla Teatrı )

Fətullayev Aslan Miri oğlu 20 oktyabr 1956-cı ildə anadan olmuşdur. A.Fətullayev 1974-76-cı illərdə Bakı Kitabxanaçılıq Texnikumunun, 1976-82-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni–maarif fakültələrində təhsil almışdır. 1975-78-ci illərdə A.Şaiq adına Bakı Kukla Teatrında keçirilən Yeni il şənliklərində əsas aparıcı aktyor kimi çıxış etmişdir.

1975-ci ildə "Canlı şahid" televiziya tamaşasındakı Şani obrazı ilə 19 yaşında ikən televiziyanın qızıl fonduna düşmüşdür.

1981-ci ildə "Cənnətin qəbzi" tamaşasındakı cənnətdə qəbzyığan obrazı ilə qızıl fonda düşmüşdür. Televiziyanın "Səhər görüşləri", "Gecə kanalı", "Komediyalar aləminə səyahət", "45 dəqiqə" kimi populyar verilişlərdə yaddaqalan obrazlar yaratmışdır.

A.Fətullayev "Oğlan və maral" filmində( fotoreportyor), "Mikrorayonda cin" də (kiçik cin) , "Papaq"da (papaqçının dostu), "Qorxma mən səninləyəm"də (İvan Spirodonoviç), "Qətl günü"ndə (zindanban), "Mozalan"ın çəkdiyi "Kapitan" satirik kinojurnalında (basketbol komandasının kapitanı) obrazlar yaratmış, "Ağ gəmi", "Stepanın yadigarı", "Baş tutmayan ezamiyyət" və s. filmləri dublyaj etmişdir.

1979-cu ildən Sumqayıt şəhərinin mədəniyyət müəssisələrində çalışır. İlk dəfə Azərbaycan dilində "Yuxu" rok qrupu yaratmış, 1990-cı ildə kollektiv Avropanın ən güclü kollektivi adına layıq görülmüşdür. Ümumittifaq Xalq Yaradıcılığı Festivalının laureatı olmuş, hərbi hissələrə mədəni hamilik xidmətlərinə görə SSRİ Müdafiə Nazirliyinin xüsusi döş nişanı ilə təltif olunmuş, fəxri fərmanlar və pul mükafatları ilə mükafatlandırılmışdır. Respublikamızın incəsənətini Türkiyədə, Kiprdə, Rusiyada və s. dövlətlərdə təbliğ etmiş, qastrol səfərlərində olmuşdur.

2003-cü ildən Azərbaycan Akademik Milli Teatrının aktyoru kimi fəaliyyət göstərir.

"Anacan"da (Qulu), "Təxribatçılar"da (polis generalı), "Mən sənin dayınam"da (dramaturq), "Varlı qadın" da (Pəhləvan Zərlinski), "Mesenat"da (H.Tağıyevin xidmətçisi) və s. teatr tamaşalarındakı yaratdığı obrazlar aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələridir.

Azərbaycan televiziyasının "Ordan - burdan", "Məzəli əhvalatlar", "Bir bazar günü" kimi verilişlərdə yaddaqalan obrazlar yaratmışdır.

2008-ci ildən Abdulla Şaiq adina Azərbaycan Dövlət Kukla Teatrında çalışır.