Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Mansurova Səriyyə Mansur qızı
( Azərbaycan Dövlət Kukla Teatrı )

Səriyyə Mansur qızı Mansurova 14 may 1976-cı ildə Bakı şəhərində anadan olub.

190 saylı orta məktəbi 1993-cü ildə bitirib, musiqi məktəbində də təhsil alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olub.

Təhsil ala-ala 1994-cü ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına dram artisti vəzifəsinə qəbul olur. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram kino aktyoru fakultəsini qırmızı diplomla bitirmişdir.

Onun debütü Mirzə Fətəli Axundovun «Parisi dağıdanlar» tamaşasında Gülçöhrə rolu olub. Bundan başqa o, Firidun Qurbansoy və Bəhrəm Basqallının «Canım Qırat,

Gözüm Dürat» tamaşasında (Donna),

Rəhman Əlizadənin «Tıq-tıq xanım» tamaşasında (Nübar),

«Maymaq» tamaşasında (Zita,

Madonna,

Nağılçı),

«Damdabaca» tamaşasında (Qızcığaz),

«Dəcəl çəpişlər belə-belə işlər» tamaşasında (Şüngül),

Aleksandr Sergeyeviç Puşkinin «Qızıl xoruz» tamaşasında (Nağılçı,

Təlxək),

Həsənağa Hüseynovun «Ulamaqdan mələməyə» tamaşasında (Növrəstə),

«Saz əhvalatı» tamaşasında (Qarğa,

Timsah),

Namiq Ağayevin «Oxay və Əhməd» tamaşasında (Qız),

Əli Səmədlinin «Cubbulunun çərpələngi» tamaşasında (Gülyanaq),

Abdulla Şaiqin «Ovçu məstan» tamaşsında (Bəyaz qız),

Aygün Ələddin qızının «Ələkbər əmi divin qəsrində» tamaşasında (Gülnur,

İspan gözəli), Mişşi Yuxmanın «Həsir oğlan» tamaşasında (Həsir oğlan),

rus bölməsi üçün Mirzə Fətəli Axundovun «Xırs quldurbasan» tamaşasında (Oruc) rollarda iştirak etmişdir.

2003-2007-ci illər ərzində teatrdakı fəaliyyətinə müvəqqəti ara verəndən sonra, 2007-ci ilin dekabr ayından yenidən teatra qayıtmış, yeni-yeni rolları ilə tamaşaçıları sevindirmişdir.

Elşad Rəhimzadənin «Nağıllar aləmində» tamaşasında (Mələk), Nicat Kazımovun «Ələddin» tamaşasında (Budur), Elşar Baxışın «Məlikməmməd» tamaşasında (Qız, Quş), Hans Xristian Andersenin «Düyməcik» tamaşasında (Vərəq, Qaranquş), Şarl Perronun «Qırmızı papaq» tamaşasında (Nağılçı, Uzunqulaq, Canavar, Güllər), Əli Səmədlinin «Cik-cik xanım» tamaşasında (Cik-cik xanım), Kəmalə Ağayevanın «Göyçək Fatma» tamaşasında (Sənəm, Xoruz), Abdulla Şaiqin «Tıq-tıq xanım» tamaşasında (Uşaq, Siçan, Tülkü), Ron Hovardın «Quyl şəhəri va ya qış nağılı» tamaşasında (Styu, Meri), Karlo Qotsinin «Şahzadə Turandot» tamaşasında (Adelma) rolları məharətlə ifa edir.