Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Rəhimov Rəhim Məmmədhüseyn oğlu
( Azərbaycan Dövlət Kukla Teatrı )

Rəhim Məmmədhüseyn oğlu Rəhimov 24 may 1979-cu ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə 206 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kütləvi tamaşalar rejissoru fakultəsinə qəbul olub. 2001-ci ildə həmin Universitetin teatrşünas ixtisası üzrə magistraturasını bitirib.

1997-ci ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında işləyir. Hazırda yüksək dərəcəli artistdir. Teatrın səhnəsində Rəhman Əlizadənin «Eramızdan milyon il əvvəl» tamaşasında - (Şair),

«Ələkbər əmi gülüş planetində» tamaşasında -( Ulaq Qoşaşıllaq və Məstan Pusar),

Mirzə Fətəli Axundovun «Parisi dağıdanlar» tamaşasında - (Şahbaz bəy),

Ələkbər Hüseynovun «Səadət quşu» tamaşasında - (Hamamçı),

Mişşi Yuxmanın «Həsir oğlan» tamaşasında - (İt),

Eyvind Şayyenin «Od oğlan» tamaşasında - (Div),

Mirmehdi Seyidzadənin «Cırtdan» tamaşasında - (Dəmirbaş),

İfrit və Div, Əli Səmədlinin «Cik-cik xanım» tamaşasında - (Çoban),

Aşıq, İlxıçı və Şah,

Nicat Kazımovun «Ələddin» tamaşasında - (Məğrib),

Özel Arabulun «Dəniz dibində zəng səsi» tamaşasında - (Kral və Dəniz atı),

Aygün Bunyatzadənin «Kral» mono tamaşasında,

rus bölməsi üçün Tofiq Ağayevin «Qoçaq Əhməd» - (Əhməd),

Ələkbər Hüseynovun «Səadət quşu» tamaşasında - (Şah və Dərviş),

Vilhelm Qaufun «Yalançı Şahzadə» tamaşasında - (Labakan),

Cani Rodarinin «Çippolino» tamaşasında - (Badımcan, Kök, Həkim, Qoca soğan),

Kamran Şahmərdanın «Ağ və Qara» tamaşasında - (Oğlan),

Karlo Qotsinin «Şahzadə Turandot» tamaşasında - (Barak, şah Altoum) rolları ifa edib.