Mansurov Mansur Əbdül oğlu
( Azərbaycan Dövlət Kukla Teatrı )
Mansur Əbdül oğlu Mansurov 13 avqust 1944-cü ildə Bakı şəhərində doğulub. 190 saylı məktəbdə oxuyub (1950-1960). Bakı kitabxanaçılıq texnikumunun aktyor-rejissorluq fakultəsində təhsil alıb (1963-1966). İxtisas aldığı illərdə və sonrakı vaxtlarda Bayıl və Tibb işçiləri mədəniyyət evlərinin xalq teatrında çalışıb, rejissor olub.
Mansur Əbdül oğlu Mansurov 1970-ci ildən bu günə qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında çalışır. Hal-hazırda aparıcı səhnə ustasıdır.
Repertuarın əsasını təşkil edən tamaşalarda silsilə rolların ifaçısıdır. Əli Səmədlinin «Cubbulunun çərpələngi» tamaşasında(Div), Abdulla Şaiqin «Tıq-tıq xanım» tamaşasında (Siçan bəy), «Yaxşı arxa» tamaşasında (Tülkü), Rəhman Əlizadənin «Dəcəl çəpişlər belə-belə işlər» tamaşasında (Cangüdən), «Bilqamıs əfsanəsi» tamaşasında (İlan, Odlu), E.Quliyev və A.Əbilovun «Dədə Qorqud» tamaşasında (Ağsaqqal), N.Zamanov və M.Məmmədov «Səfərin nağılı» tamaşasında (Rəmmal), N.Qarnet «Ələddinin sehirli çırağı» tamaşasında (Cin), S.Marşal «Bu ev kimin evidir?» tamaşasında (Kirpi), Ə.Vəliyevin «Madarın dastanı» tamaşasında (Vəzir), F.Məmmədovun «Tələ quran özü düşər» tamaşasında (Alabaş), Əli Səmədlinin «Artıq tamah baş yarar» tamaşasında (Səməndər), H.Ziya «Əkiz qardaşlar» tamaşasında (Cin, Kədi), T.Mütəllibov «Meşə nağılı» tamaşasında (Dələ), «Danışan qayalar» tamaşasında (Şakir), Y.Oleşa «Üç gombul» tamaşasında (Tibul), Mirvarid Dilbazinin «Göyçək Fatma» tamaşasında (Elçin), Xanımana Əlibəylinin «Cunquş» tamaşasında (Vəli baba), Mirmehdi Seyidzadənin «Sehirli nar» tamaşasında (Vüqar və Mərcan), Əyyub Abbasovun «Keçinin qisası» tamaşasında (Qurd), Vaymil Rabadanın «Zəncirlənmiş Pəri» tamaşasında (Zalım), Anarın «Qaravəlli» tamaşasında (Abbas Abbasov), Üzeyir Hacıbəyovun «O olmasın, bu olsun» tamaşasında (Məşədi İbad), Rada Moskovanın «Hara qaçırsan, dayça?» tamaşasında (Madyan), Şahmar Hüseynovun «Sehirli güzgü» tamaşasında (Zalım), Mərkəz Quliyevin «Dovşanın məhkəməsi» tamaşasında (Çaqqal), Firidun Qurbansoy və Bəhrəm Basqallının «Canım Qırat, Gözüm Dürat» tamaşasında (Gavur çarı), Mirmehdi Seyidzadənin «Cırtan» tamaşasında (Div), Mişşi Yuxmanın «Həsir oğlan» tamaşasında (Mısmırıq), Eldar Baxışın «Məlikməmməd» tamaşasında (Məlikməmməd), Rəhman Rəhmanovun «Rəhmanın nağılı» tamaşasında (Əzazil), Karlo Qostinin «Şahzadə Turandot» tamaşasında (Briqela), (Pantalone) rollarını xüsusi qeyd etmək olar.
Kukla teatrının Yəmən, Hindistan, İran, Moskva qastrollarında, beynəlxalq festivallarda iştirak edib.
2012-ci ildə Əməkdar Artist fəxri adına layiq görülmüşdür.
|