Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Rəhmanov Rəhman Tofiq oğlu
( Azərbaycan Dövlət Kukla Teatrı )

Rəhman Tofiq oğlu Rəhmanov 29 aprel 1957-ci ildə Bakı şəhərində anadan olub. 8 saylı musiqi məktəbində oxuyub. 1978-1983-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni - maarif fakultəsində təhsil alıb.

Televiziyanın yumor verilişlərindən tamaşaçılara yaxşı tanış olan Rəhman Tofiq oğlu Rəhmanov 1974-cü ildən bu günə qədər öz həyatını Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına bağlayıb. Rəhman Rəhmanov koloritli, duzlu və məzəli aktyordur. Obrazın xarakterini tam açmaq üçün söz-hərəkət-musiqi vasitələrinin vahid kompozisiyada birləşməsinə məharətlə nail olub.

Anarın «Qaravəlli» tamaşasında (Balaqədeş), Mirzəağa Atəşin «Cırtdan» tamaşasında (Div), Əli Səmədlinin «Cubbulunun çərpələngi» tamaşasında (Div və Qədeş), Tofiq Mütəllibovun «Meşə nağılı» tamaşasında (Təkgöz kişi), Tofiq Kazımovun «Qoçaq Polad» tamaşasında (Balıqçı), Hikmət Ziyanın «Əkiz qardaşlar» tamaşasında (Səfər), Rəhman Əlizadənin «Sindibadın xoşbəxtlik adasına səyahəti» tamaşasında (Oğru), Əli Səmədlinin «Əzablı günlərin sonu» tamaşasında (Qoca zənci), Rada Moskovanın «Hara qaçırsan, dayça?» tamaşasında (Balaqan sahibi), Əyyub Abbasovun «Keçinin qisası» tamaşasında (Canavar), Nicat Kazımovun «Ələddin» tamaşasında (Şah), Eldar Baxışın «Məlikməmməd» tamaşasında (Şah), Əyyub Abbasovun «Şəngülüm, Şüngülüm» mono tamaşanıda bütün rolları ifa edib.

Rəhman Rəhmanov 2006-cı ildə mono tamaşalar festivalında Əyyub Abbasovun «Şəngülüm, Şüngülüm» tamaşası ilə iştirak etmiş və «Qızıl Dərviş» mükafatı laureatı olmuşdur.

Aparıcı səhnə ustasıdır.