Ələkbərov İsmayıl Sadıq oğlu
( Azərbaycan Opera və Balet Teatrı )
İsmayıl Ələkbərov 1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1966-cı ildə A.Zeynallı adına Bakı Musiqi məktəbinin muğam şöbəsini, 1973-cü ildə isə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirmişdir.
1971-ci ildən Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrının muğam bölməsinin solistidir.
Teatrda çalışdığı müddətdə bir sıra rollarda çıxış etmiş və hazırda etməkdədir; Eyvaz (Ü.Hacıbəyli “Koroğlu”), İbn-Səlam, Zeyd, Məcnunun atası (Ü.Hacıbəyli “Leyli və Məcnun”), Zəvvar (M.Maqomayev “Şah İsmayil”), Aşıq Vəli (Z.Hacıbəyovun “Aşıq Qərib”), Əmi oğlu, Şeyx (Ş.Axundovanın “Gəlin qayası”), Sofi Osmanlı (Ü.Hacibəyli “Əsli və Kərəm”), Şeyx Alı (R.Mustafayev “Vaqif”).
İ.Ələkbərov Bakının uşaq musiqi məktəblərində pedaqoji fəaliyyətlə məşğul olur. 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. |