Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Bayramov Təyyar Allahverdi oğlu
( Azərbaycan Opera və Balet Teatrı )

1976-cı ildə Ağdam rayonunda anadan olmuşdur. Naxçivan Özəl Universitetini və Azərbaycan Milli Konservatoriyasını bitirmişdir.

2006-cı ildən Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrının solistidir. Konsert fəaliyyəti ilə də məşğul olur.

2006-cı ildə Ü.Hacibəylinin 120 illik yubileyi münasibətilə keçirilən Respublika muğam müsabiqəsinin qalibi və 2009-cu ildə Bakıda keçirilən Beynəxalq muğam müsabiqəsinin Qran-Pri mükafatçısı olmuşdur.

“Leyli və Məcnun” operasında İbn-Səlam rolunu və “Şah İsmayıl” operasında Şah İsmayıl partiyasını ifa edib. Meksika, Kuba, Koreya, ABŞ, Fransa, İran, Türkiyə, BƏƏ, Rusiyada qastrol səfərlərində olmuşdur.

2009-cu ildən Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.