Günel Məmmədova
( Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı)
Günel Məmmədova 12 mart 1986-cı ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının rus bölməsində alıb. Orta məktəb illərində fortepiano və rəqslə məşğul olub. 2002-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada aktyorluğu fakültəsinə daxil olub. Universiteti 2006-cı ildə bitirib. 2006-cı ildən Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb. 2008-ci ildən "İbrus" teatrında fəaliyyət göstərir.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ifa etdiyi rollar:
• Cülyetta ("Romeo və Cülyetta", Uilyam Şekspir)
• Viktoriya ("Viktoriya", Knut Hamsun)
• Nensi ("Oliver Tvistin macəraları", Çarlz Dikkens)
• Reyhan ("Mən səni sevirəm", Əli Əmirli)
Uşaqlıq illərindən bəzi kino filmlərə çəkilmişdir.
Teatr tamaşaları
1. "Çimnaz xanım yuxudadır" - Rafiq Əliyev
2. "Tıq-Tıq xanım" - Ağaxan Salmanlı
3. "Çəkməli pişik" - Nicat Kazımov
4. "Adsız" - Vaqif Əsədov
5. "Yağış yağmur daldan atılan daş" - Fikrət Sultanov
6. "Sumayyə" - (İntizar truppası ilə)
|