Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Ceyhun Dadaşov
( Azərbaycan Dövlət Pantomima Teatrı)

2000-ci ildə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Bədii yaradıcılıq" fakültəsinin "teatr kollektivinin rejissoru" ixtisasına daxil olmuş və 2004-cü ildə universiteti bitirmişdir.

2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unuiversitetinin "rejissorluq" fakültəsinin "teatr rejissorluğu"ixtisası üzrə magistratura pilləsinə qəbul olmuşdur.(2000-2002) "Dostluq" klubu dram dərnəyinin bədii rəhbəri, (2002-2003) "Dostluq" klubu dram dərnəyinin Baş rejissoru vəzifələrində çalışmışdır.

06 mart 2003-cü ildən Dövlət Pantomima Teatrının aktyorudur. O, M.Musabəyov "Şəngül, Şüngül, Məngül" – (Məngül, Kupa), Ç.Aytmatov "Manqurt" – (Juanjuan döyüşçüsü), B.Xanızadə "Zibillik pərvanələri" – (Hamlet, Skripkaçı), B.Xanızadə "Eşq" – (Ulduz, Vərəq), Z.Zeynalov "Maska" -(Üçbucaq), A.Kamyu "İnsan" -(Polis, Vəkil,Ərəb), B.Xanızadə "Kölgə" -(Sərxoş), A.Məmmədov "Korlar" – (Həyat)A.Ekzüperi "Balaca şahzadə" – (qızılgül),"Bilet" (intermedia) – (I tip),Pantomim rəqslər – "Tanqo", "Xəyal", "Manikenlər", Şeyx Əttar "Uçuş" – (Saliq) tamaşalarında oynamışdır. R.Həsənoğlunun "Bəylik dərsi" -(Məzhəkəçi), İ.Əzizovun "Qaz" -(Dəli) rollarında R.Həsənoğlunun "Hüseyn Cavid" bədii filmində Gənc Şair rolunda oynamışdır.

C.Dadaşov Tatarstanda (Kazan 30 may-6 iyun 2005 "Nouruz" Türkdilli xalqların teatr festivalı), Türkiyədə (Trabzon 1-13 may 2006-ci il 7-ci uluslar arası Karadeniz tiatro festivalli), Rusiya (Moskva – "Bibliobraz" kitab festivalı), Misir (Qahirə 9 oktyabar – 20 oktyabr "Eksperimental" teatr festivalı) Beynəlxalq Teatr Festivallarında iştirak etmişdir.