Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Qurban Məsimov
( Azərbaycan Dövlət Pantomima Teatrı)

Qurban Məsimov 26 yanvar, 1971-ci ildə anadan olmuşdur. 1988-1993-cü illərdə Ə.Hüseynzadə adına Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakultəsində, 1995-2001-ci illərdə isə Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsil almışdır. 1998-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunu bitirmişdir. 2000-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada "Yay Akademiyası" proqramı çərçivəsində "Fildenkrayz Metodu" seminarında iştirak etmişdir.

1994-cü ildən Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli Yığıncağı" Pantomim teatr-studiyasında fəaliyyət göstərmişdir. 2000-ci ildə teatr dövlət statusu almış və adı Dövlət Pantomim Teatrı olmuşdur. 2000-2002-ci illərdə ABA Televiziyasında yayımlanan Nəm-Nəm verilişinin aparıcısı və rejissoru olmuşdur. 2003-cü ildə eynitipli verilişi başqa kanalda Lider Televiziyasında Mətbəxdə Şou-Nəm-Nəm adı altında davam etdirmişdir. Hazırda isə Azərbaycan Televiziyasında Nəm-nəm tipləməsiylə "Gülməşəkər" verilişinin aparıcısıdır. Həmçinin klounada janrında da yaradıcılıq təcrübələri vardır. Səhnə təxəllüsü Kloun Appadır.

Quruluş verdiyi tamaşalar

1. Kimdir Müqəssir?

2. Muğam Trio-Dizlər

3. Nərdivan

Səhnə tərtibatı verdiyi tamaşalar

1. Kimdir Müqəssir? Əbdürrəhimbəy Haqverdiyev

2. Uçuş. Şeyx Əttar

3. Ümid. S. Bekket

4. Manqurt. Çingiz Aytmatov

5. Şəngül, Şüngül, Məngül. M. Musabəyov

6. Şərqə Səyahət. Bəxtiyar Xanızadə

7. Dulusçu. Üzeyir Hacıbəyov

8. Zibillik pərvanələri. Bəxtiyar Xanızadə

9. Eşq. Bəxtiyar Xanızadə

10. Balaca Şahzadə. Antuan de Sent-Ekzüperi

11. Maska. Z. Zeynalov

12. İnsan. Alber Kamyu

13. Kölgə. Bəxtiyar Xanızadə

14. Korlar. A. Məmmədov

15. Foto Bahar. Üzel Arabul

16. Kesa və Morito. Akutaqava Rünoske

Teatrdakı rolları

1. Şar və Nasos- Nasos. Bəxtiyar Xanızadə

2. Nağaraçılar-Dikbaş

3. Kvaksafon-İntelligent qurbağa

4. Şərqə Səyahət-Məşuq, Oğru, 1-ci badam. Bəxtiyar Xanızadə

5. Kimdir Müqəssir?-Mələk, Bəy. Əbdürrəhimbəy Haqverdiyev

6. Şəngül, Şüngül, Məngül-2-ci Aparıcı, Div, Qazı. M. Musabəyov

7. Uçuş-3-cü Saliq. Şeyx Əttar

8. Zibillik Pərvanələri-Ölüm, Solist skripkaçı. Bəxtiyar Xanızadə

9. Dulusçu-2-ci Gürcü. Üzeyir Hacıbəyov

10. Eşq-Ulduz. Bəxtiyar Xanızadə

11. Balaca Şahzadə-Təyyarəçi. A. Ekzüperi

12. Kesa və Morito-Morito. R. Akutaqava

13. İnsan-Şef, Müstəntiq, Prokuror. A. Kamyu

14. Kölgə-Musiqiçi. Bəxtiyar Xanızadə

15. Korlar-1-ci Kor. A. Məmmədov

16. Foto Bahar-Fotoqraf. Üzel Arabul

17. Kesa və Morito..-Morito.Akutaqava Rünoske