Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Ülviyyə Əliyeva
( Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı)

Əliyeva Ülviyyə Fərhad qızı – 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Musiqili teatr aktyoru fakültəsinə daxil olmuşdur.

1998-ci ildə Azərbaycan Dövlət Gənclər Teatrında işləyib. İşlədiyi müddətdə bir sıra rollarda C.Məmmədquluzadə "Ölülər"də Nazlı, B.Vahabzadə "Atamın kitabı"nda Şəvkət bacı, Ə.Əmirli "Xoşbəxt gün"də Yeganə, Qabil "Şübhəli əhvalat"da katibə, Ə.Əmirli "20 il sonra"da Ofelya, Anar "Səhra yuxuları"nda 2-ci müxbir – iştirak etmişdir.

2001-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə qəbul olunmuşdur. Teatrda işlədiyi müddət ərzində S.Ələsgərov "Hərənin öz ulduzu"nda Ceyran, S.Fərəcov "Səhnədə məhəbbət"də müğənni qız, R.Mustafayev "Volqalı canan"da İradə, R.Hacıyev "Talelər qovuşanda"da Gülər, O.Rəcəbov "Əlin cibində olsun"da Lalə, R.Əkbər "Bəydullanın möhtəşəm toyu"nda Qiyamət, R.Mustafayev "Məsmə xala dayımdır"da Aydan, V.Adıgözəlov "Adamın adamı"nda xəbərçi Xədicə, S.Fərəcov "Bir günlük siğə"də Zöhrə, R.Mirişli "Qısqanc ürəklər"də Elya kimi rolların ifaçısı olmuşdur. O, bu obrazları özünəməxsuz ustalıqla oynamışdır.

Azərbaycan tel

eviziyasında və «Space» kanalında bir sıra yumoristik verlişlərdə çıxış etmişdir. İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz" ssenarisi əsasında "Hərənin öz payı+tayı" filmində çəkilmişdir. Subaydır.